"Tələbə ordusu" gəlir: Kirayə mənzillərin qiyməti artacaq?
11:21 09.08.2023
Cəmiyyət
643
Yaxın günlərdə kirayə mənzil bazarında canlanma gözlənilir. Tələbələrin gəlməyinə sayılı həftələr qaldığını xatırladan ekspertlərin fikrincə, bu aktivlik qiymətlərdən də yan keçməyəcək. Daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik edən şəxslərin dediyinə görə, hər il ortalama hesabla kirayə bazarında 10 faizdən artıq bahalaşma olur. Onlar bildirib ki, hazırda baha qiymətə təklif olunan evlər tələbələr üçün əlçatan olmadığından onlar artıq universitetə yaxın ərazilərdə yox, daha çox münasib qiymətə olan evlərə üstünlük verirlər.
Ekspertlər isə hesab edir ki, tələbə yataqxanalarının fəaliyyətinin bərpası bu problemi müəyyən qədər həll edər.
Qeyd edək ki, əvvəlki illərdən təhsil alan tələbələrin əksəriyyəti yay tətilində rayonlarda qalmasalar belə aylıq kirayə haqqını ödəməklə evlərini saxlayıblar.
Daşınmaz əmlak eksperti Ramil Qasımzadə “Sherg.az"a açıqlamasında deyib ki, kirayə mənzil bazarına tələbat avqustun sonu, sentyabrın əvvəlində artacaq. Ondan sonrakı dövrdə isə qiymələrdə cüzi enmə müşahidə ediləcək:
“Hazırda kirayə mənzil bazarında sabitlik müşahidə edilsə də, bunun “fırtına öncəsi səssizlik” olduğunu güman edirəm. Cari ayın sonlarından etibarən paytaxta “tələbə ordusu” gələcək və kütləvi tələb qiymətlərə təsir edəcək. Yerləşdiyi məkandan asılı olaraq hazırda 1 otaqlı mənzillərin qiyməti 300-400, 2 otaqlı mənzillər isə 400- 650 manat, 3 otaqlılar isə 500 manatdan baha qiymətə təklif olunur. Yeni tikili binalarda kirayə verilən mənzillərin bir kvadrat metrəsi 8-10 manata təklif edilir”.
Ekspertin sözlərinə görə, dərs ilinin başlaması ilə əlaqədar növbəti aydan köhnə və ucuz mənzillərə tələb artdığı üçün belə evlərə maraq göstərən insanlar çətinlik çəkəcəklər: “Tələbələr adətən 1-2 otaqlı mənzillərdə qalmağa üstünlük verdiyi üçün qiymət artımı da məhz bu istiqamətdə olacaq. İldən-ilə evlərin qiyməti qalxdığı üçün 3-4 tələbə birləşərək bir ev tutub, kirayə haqqını bölüşürlər”.
R.Qasımzadə hesab edir ki, ay sonundan başlayan canlanma noyabr- dekabr ayına qədər davam edəcək və həmin aylarda yenidən stabilləşmə müşahidə ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət