
Türkiyədə işsizlik səviyyəsi artıb? - İqtisadçı
06:26 11.08.2023
Dünya
746
Dəqiq, əhatəli araşdırma statistikanı dəyişib
Türkiyədə iyun ayında işsizliyin səviyyəsi 0,1 faiz artaraq 9,6 faiz təşkil edib.
Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
İyun ayında ölkədə 15 yaşdan yuxarı olan işsizlərin sayı may ayı ilə müqayisədə 2 min nəfər artaraq 3 milyon 337 min nəfərə çatıb. İşsizlik nisbəti kişilər üçün 7,8 faiz, qadınlar üçün 13,2 faiz təşkil edib.
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, Türkiyədə turizm vaxtında işsizliyin səviyyəsinin rəsmi olaraq artması inandırıcı deyil. Əslində Türkiyədə işsizliyin səviyyəsi artmayıb, sadəcə olaraq statistik araşdırma daha detallı və şəffaf şəkildə baş verib. Əvvəlki illər işsizliyin səviyyəsi bundan qat-qat çox olub:

"Türkiyədə seçkilərdən sonra statistik məlumatların daha detallı şəkildə araşdırması gedir. İşsizliyin səviyyəsinin artması ilə bağlı yayılan xəbərlərin daha əhatəli, dəqiq araşdırmaların nəticəsi ilə əlaqələndirirəm".
Ekspert vurğulayıb ki, Türkiyədə son dövrlərdə müəyyən iqtisadi çətinliklər yaşandı:" Ölkədə baş verən zəlzələ ölkə iqtisadiyyatına da təsirsiz ötüşmədi. Lakin bu çətinliklərin ilin üçüncü rübünün sonuna doğru səngiyərək dördüncü rübdən etibarən gözlə görülən şəkildə aradan qalxacağı proqnozlaşdırılır. Görülən tədbirlər indi effekt verməsə də, dediyimiz dövrlərə öz təsirini göstərəcəkdir. Türkiyədə turizm, xidmət sektoru və digər sektorlarda sürətli inkişafın müşahidə edildiyi bir dövrdə işsizliyin artmasına deyil, əksinə, azalmasına şahid olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət