Anormal istilər insanı psix edə bilər – Türk psixoloq
Yusif Nəzərli
11:32 11.08.2023
Sağlamlıq
614
Türk psixoloq Marmara Universitetinin Pendik pedaqoji və tədqiqat Xəstəxanasının psixi xəstəliklər kafedrasının tibb elmləri doktoru Ömər Yanartaşın sözlərinə görə, belə isti hava şəraitində qəzəb, narahatlıq, səbrsizlik kimi şikayətlərlə xəstələrin sayında artım müşahidə olunur.
“Medicina” xəbər verir ki, həkimin sözlərinə görə, ardıcıl gələn istilik dalğaları bizim həm fiziki, həm də mental sağlamlığımıza ciddi şəkildə təsir edir. Bu səbəbdən həddindən artıq istilik və rütubət dövründə risk altında olan insanların normal hava şəraiti olan günlərə nisbətən daha qəzəbli, aqressiv və dözümsüz ola biləcəyi vurğulanıb.
Nəzərə alsaq ki, qlobal istiləşmənin aktual problem olaraq qaldığı bu dövrdə təbiətin tarazlığı dəyişdiyi kimi insanın da təbiətində dəyişikliklərin olması normal hal hesab edilir.
Yanartaş qeyd edib ki, ruhi xəstəliklər fiziki xəstəliklərdən ayrıla bilməz. Çünki insanın psixi sağlamlığı birbaşa olaraq orqanizmə təsir edir. Tempraturun artması müəyyən dərəcədə depressiyaya səbəb olduğundan depressiv insanlar fiziki xəstəliyi olduğu halda tez-tez sanki “xəstəliyim artır” kimi sözlərdən istifadə edib, mövcüd müalicələrini poza da bilərlər. Bu hallarda xroniki xəstələr çox daha diqqətli olmalıdır.
Xüsəsən də demans, şizofreniya və buna bənzər zehni xəstəliyi olan insanlar daha çox risk altında hesab oluna bilər.
Uzm. Həkim. Yanartaş, isti hava dövründə, xüsusilə orta yaşlı və yaşlı kişilərdə şiddət və təcavüzə meylin artdığını da söyləyir. Siqaret çəkən, spirtli içki qəbul edən və ya narkotik maddə istifadə edən insanların da bu nöqtədə ciddi bir risk altında olduğunu söyləyir.
Mütəxəssis, isti havalarda zehni sağlamlığı qorumaq üçün fiziki sağlamlığın qorunması lazım olduğunu söyləyir. O, həmçinin nə edilməli olduğunu aşağıdakı kimi sadalayır:
“Bu dönəmdə fiziki sağlamlıq və qidalanma çox vacibdir. Yuxu rejimini qorumaq, lazimi miqdarda maye qəbul etmək, mümkünsə alkoqol və siqaretin istifadəsini azaltmaq lazımdır. Ümumiyyətlə, yuxu rejimi risk durumunda olan insanlar üçün xüsusən vacibdir. İnsan yata bilmədikdə, gün ərzində diqqəti yayınacaq, özünü depressiv və narahat hiss edəcək. Yuxu keyfiyyətini pozmamaq üçün yatmadan ən az 5-6 saat əvvəl qəhvə,çay və siqaret kimi yuxu keyfiyyətinə ziyan verən məhsullardan uzaqlaşmalı həmçinin sosial media istifadəsini də normaya salmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət