Rusiya-Ermənistan münasibətlərində ciddi böhran yaşanacaq- Aktual
Yusif Nəzərli
10:21 12.04.2024
Aktual
483
Xəbər verdiyimiz kimi Ermənistan baş naziri Nikol Paşinyan ordudakı Rusiya şəbəkəsini zərərsizləşdirmək üçün hərəkətə keçib. “Hraparak” qəzetinin yazdığına görə, bununla bağlı Brüsseldə onun qarşısına ABŞ və Avropa Birliyi tərəfindən şərt qoyulub. Qərbdən hökumət və ilk növbədə ordunu Rusiya fiqurlarından təmizləmək şərti var, Paşinyan yaxın həftələrdə bunu həyata keçirməyə başlaya bilər. Müdafiə Nazirliyində artıq qərbyönlü islahatlar başlayıb.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, o, Ermənistan ordusunun Rusiyaya meyilli qüvvələrdən asanlıqla qurtulacağını düşünmürəm.
Ekspertin sözlərinə görə, erməni ordusunun bütün elitası Rusiyada təhsil alıb:
"Rusiyada yetişən bu şəxslərin hamısı cinayətkar "Qarabağ klanı"nın üzvləridir və Moskvaya sadiqdir. Son 30 ildə Ermənistan ordusundakı bütün kadrları "Qarabağ klanı" təyin edib. Ona görə də erməni silahlı qüvvələri arasında qısa zamanda "təmizlik" mümkün deyil. Məsələn, hansısa generalı çıxarıb, onun yerinə polkovnik qoyacaqlar. Amma həmin polkovnik də Rusiyanın yetirməsidir. Bir zabiti başqası ilə əvəzləyəcəklər, o da Kremlə bağlı adam çıxacaq. Problem odur ki, erməni ordusu tamamilə rusmeyilli şəxslərdən formalaşıb. Bu problem təkcə orduda, müdafiə nazirliyində deyil, Ermənistanın daxili işlər nazirliyində, təhlükəsizlik orqanlarında da vəziyyət eynidir. Az qala 3-5 aydan biri naziri, güc strukturunun rəhbərini dəyişirlər, ya da həbs edirlər. Bu da onu göstərir ki, Paşinyanın yeni təyin etdiyi kadrlar da baş nazirə yox, Moskvaya sadiqdir. Bu məsələdə Paşinyana ciddi dəstək lazımdır".
T.Rzayevin qənaətincə, İrəvan hökuməti planlaşdırdığı addımları atarsa, Rusiya-Ermənistan münasibətlərində ciddi böhran yaşanacaq:
"Rusiya bölgələrdə ona sadiq kadrların dəyişdirilməsini heç cür qəbul etmir. Bunu özünə təhdid kimi görür. Bunu Gürcüstanın sabiq rəhbəri M.Saakaşvilinin timsalında görmüşük. Putin Saakaşvili qarşısında iki əsas şərt qoymuşdu. Kreml rəhbəri ordu və təhlükəsizlik qurumuna təyin etdiyi rəhbərlərin ona sadiq kadrlar olmasını istəyirdi. Böyük ehtimal, Putin Ermənistandakı dəyişiklikləri də rahat və sakit qəbul etməyəcək. Baş verənlər Paşinyana ağır başa gələ bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə