
İranın absurd iddialarına baxmayaraq Zəngəzur dəhlizi açılacaq -Analitik
13:15 14.02.2025
Region
738
İranın regionun geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyi aydındır.
Bu sözləri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi Ermənistanın bu ölkədəki səfiri Qriqor Akopyanla görüşündə deyib.
O, İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqeyinə işarə ilə əlavə edib ki, İran İslam Respublikası regiondakı geosiyasi vəziyyətin dəyişməzliyi ilə bağlı öz mövqeyinə sadiq qalmaqda davam edir.
Görüş zamanı Ermənistan və İran arasında siyasi, iqtisadi, infrastruktur, enerji sahələrində əməkdaşlıq və regional hadisələrlə bağlı məsələlər müzakirə edilib.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, İran regionun geosiyasi vəziyyətinin dəyişməzliyi dedikdə bölgədə sərhədlərin dəyişəcəyini nəzərdə tutur:

"İran iddia edir ki, guya Azərbaycan Zəngəzuru özünə birləşdirməkdə maraqlıdır. Həmçinin bu istiqamətdə planlar üzərində çalışır. Bu isə heç bir əsası olmayan absurd fikirdir. Azərbaycan bunu dəfələrlə təkzib edib. İran Zəngəzur dəhlizi açılarsa, Tehranın təcrid vəziyyətinə düşəcəyi və iqtisadi problemlərinin daha da artacağından narahatdır. Buna görə də məsələyə müxtəlif don geyindirir. Eyni zamanda Ermənistana təzyiq edir ki, dəhlizin açılmasına qarşı çıxsınlar. Paradoksal məqam ondan ibarətdir ki, bu məsələdə Qərblə İranın maraqları üst-üstə düşür.
İstənilən halda sözügedən məsələdə Azərbaycanla yanaşı digər dövlətlərin - Türkiyə və Orta Asiya Respublikalarının mövqeyi eynidir. Bu baxımdan istər İranın pozuculuq fəaliyyəti, istərsə də müxtəlif Qərb ölkələrinin təzyiqlərinin heç bir nəticəsi olmayacaq. Beynəlxalq hüququn tələbləri yerinə yetiriləcək və Zəngəzur dəhlizi açılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual