Azərbaycan ATƏT PA-nın Büro iclasında təmsil olunub
13:23 28.04.2020
Siyasət
708
Aprelin 27-də Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilmiş onlayn Büro iclasında iştirak edib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Büro iclasında koronavirus (Covid19) pandemiyası şəraitində Parlament Assambleyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, komitə və alt-komitə sədrlərinin, xəzinədarın, eləcə də xüsusi nümayəndələrin hesabatları dinlənilib.
İclasda ATƏT-in fəaliyyətdə olan sədri, Albaniya Respublikasının Baş Naziri və Xarici İşlər naziri Edi Rama, Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə komissarı Yanez Lenarçiç məruzə ilə çıxış ediblər.
Müzakirələrdə A.Quliyev çıxış edərək koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı fəsadların aradan qaldırılması, iqtisadi böhran, münaqişələr, irqçilik, qeyri-qanuni miqrasiya, qaçqın və məcburi köçkünlərin vəziyyəti kimi məsələlərin diqqətdə saxlanılmasının zərurililiyini vurğulayıb.
Natiq böhran vəziyyətindən çıxmaq üçün ATƏT-in Zirvə toplantısının - üzv ölkələrin dövlət və hökumət başçılarının Sammitinin keçirilməsini təklif edib. A.Quliyev vurğulayıb ki, ATƏT ərazisində pandemiyanın ağır nəticələrini yalnız vahid strategiya, dövlət və hökumət başçılarının fəaliyyətinin effektiv koordinasiyası və birgə əməkdaşlığı nəticəsində aradan qaldırmaq mümkündür. ATƏT-in sonuncu Zirvə toplantısının 10 il əvvəl, 2010-cu ildə Astanada baş tutduğunu xatırladan deputatımız növbəti Sammitin keçirilməsinin vacibliyini qeyd edib.
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi Komitəsinin fəaliyyəti ilə bağlı müzakirələrdə deputatımız Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 31 mart 2020-ci ildə keçirilən qanunsuz “prezident və parlament seçkiləri”nə adekvat qiymət verdiyinə görə Büro üzvlərinə təşəkkür edib və bu kimi halların qarşısının alınması istiqamətində səyləri artırmağa çağırıb.
Tədbirdə Azay Quliyev pandemiya fonunda “Bioloji silahların yayılmamasına dair Konvensiyanın” tələblərinin yerinə yetirilməsi ilə bağlı monitorinqin aparılmasının vacibliyini vurğulayıb.
İclasda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq ədlə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə