Ceyhun Bayramovun Küveyt dövlətinin xarici işlər naziri ilə görüşüb
14:20 12.02.2023
Siyasət
653
12 fevral tarixində xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Sherg.az-a verilən məlumata görə, iki ölkə arasında münasibətlərin tarixən dostluq prinsipləri əsasında qurulduğunu vurğulayan nazir Ceyhun Bayramov, ölkəmizin mövcud əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.
İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvilərdə münasibətlərin uğurla inkişaf etdiyini bildirən Nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmindən bəhs edib.
Nazirlər həmsədrləri olduqları “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” üzrə gələcək planlar və Bakıda mart ayında keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü barədə fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual