
Çinin artan hərbi gücü narahatlıq yaradır - ŞƏRH
11:55 09.12.2023
Siyasət
547
Vaşinqton Yaponiya-Vyetnam ittifaqını dəstəkləyir
Çinin qonşu ölkələrlə münasibətlərindəki gərginliyi davam edir. Yaponiya, Hindistan, Avstraliya və digər dövlətlər Çinin bölgədə artan hərbi gücündən narahatdırlar. Vyetnamın da Çinin siyasəti ilə bağlı sualları az deyil. Buna baxmayaraq, Çində olduğu kimi Vyetnamda da hakimiyyətdə Kommunist Partiyasıdır və bu amil iki ölkə arasında dialoqu mümkün edir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Çinin Xarici işlər naziri Van Yinin bir neçə gün əvvəl Vyetnama səfəri əməkdaşlığı gücləndirmək məqsədi daşıyırdı. Ekspert diqqətə çatdırıb ki, Çin bu məqsədlə Vyetnama maliyyə yatırımlarını artırıb:

"Pekinin Vyetnama diqqətinin artırmasının məqsədi ABŞ və Yaponiyanın Hanoyla təmaslarını intensivləşdirməsidir. ABŞ və Yaponiya Vyetnamın onların tərəfinə keçməsinə çalışırlar. Bu Pekini ciddi narahat edir. “Reuters” agentliyinin yaydığı xəbərdə Çinlə Vyetnam arasında 1979-cu ildə silahlı qarşıdurmanın olduğu xatırladılır. “Global Times” dərgisində yayımlanan məqalədə isə Vyetnamın Yaponiya strateji tərəfdaşlığı daha üst səviyyəyə qaldırdığı yazılıb. Vyetnam Prezidenti Vo Van Thuong bir müddət əvvəl Yaponiyaya səfər etmişdi. O Tokioda Yaponiyanın Baş naziri Kişida Fumio ilə görüşmüşdü. Rəsmi “Kyodo” agentliyinin məlumatına görə, 40 dəqiqə davam edən görüşdə iki lider Yaponiya və Vyetnam arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər".
E.Şahinoğlu vurğulayıb ki, Yaponiya ilə yanaşı, Vyetnamın da dənizlərdə Çinlə adalarla bağlı sərhəd mübahisələri mövcuddur: "Tokio məhz bu amildən istifadə edərək Vyetnamla strateji tərəfdaşlığı gücləndirməyə çalışır. Digər tərəfdən Tokionun məqsədi Çini tərk etməyi planlaşdıran xarici şirkətləri Vyetnama istiqamətləndirməkdir. Həqiqətən Vyetnam xarici investorlar üçün münasib şərtlər təklif edir. Vaşinqton Yaponiya-Vyetnam ittifaqını dəstəkləyir. Bu səbəbdən Pekin Vyetnamın müstəqil xarici siyasətindən narazıdır. Çindəki siyasi dairələr hesab edirlər ki, Vyetnam Qərb ölkələrinə qapılarını açıb. ABŞ Prezidenti Cozef Baydenin bu ilin sentyabr ayında Vyetnama səfəri Pekində diqqətlə izlənilirdi. Yaponiya kimi ABŞ da Vyetnamla əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. ABŞ Vyetnama hətta müasir silahlar təklif edib. Beləliklə, böyük dövlətlərin Vyetnam uğrundakı mübarizəsi yeni mərhələyə qədəm qoyub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə