Donbasda vəziyyət: "Ukraynanın Azərbaycan kimi irəli getməkdən başqa alternativ yoxdur"
Yusif Nəzərli
10:35 31.10.2021
Siyasət
363
“Donbasda vəziyyət qəfil niyə gərginləşib? Məsələ burasındadır ki, bizdə olduğu kimi bu problemlə bağlı da “Minsk formatı” mövcuddur. Ancaq bu bizim nümunəmizdə olduğu kimi mənasız formatdır, Ukrayna torpaqlarının işğalını uzadır”.
“Sherg.az” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Vladimir Zelenski prezident seçiləndə müharibə istəmirdi:
“Ancaq sonda o da anladı ki, güc olmadan problem ölü nöqtədən tərpənməyəcək. Ukrayna ordusu son illərdə güclənib, yeni və modern hərbi texnika ilə təhciz olunub. İkinci tərəfdən Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi də Ukrayna hakimiyyətini, siyasi elitasını və cəmiyyətini yaxşı mənada ruhlandırıb. Ancaq Azərbaycanın arxasında Türkiyə var idi, təzyiqləri neytrallaşdırır, hərbi təcrübəsiylə bölüşürdü. Ukraynanı isə sözdə dəstəkləyənlər olsa da, əməldə Qərbdən Kiyevə real dəstək azdır. Tam əksinə, Ukraynanın bu ağır günündə Paris və Berlin açıqlama veriblər ki, “Sən niyə separatçılara qarşı “Bayraqdar” pilotsuz uçuş aparatlarından istifadə etmisən?”. Bu açıqlama ilə Paris və Berlin Moskvanın əlinə yağ sürtüblər, o biri tərəfdən bu iki paytaxtı Ukrayna-Türkiyə tərəfdaşlığı narahat edir. Bir sözlə, Ukraynaya çətin olacaq, ancaq boş danışıqdansa Ukraynanın Azərbaycan kimi irəli getməkdən başqa alternativ yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm