Ermənilərlə birgə hərəkət edirlər
Yusif Nəzərli
05:34 28.02.2023
Siyasət
547
Tehran rejimi Azərbaycana münasibətdə düşmən mövqeyindən əl çəkmək niyyətində deyil
Xocalı faciəsinin ildönümü ilə eyni vaxtda İsfahanda yaşayan ermənilər Azərbaycana qarşı aksiya keçiriblər. İsfahanın Vank kilsəsi ətrafına toplaşan ermənilər Qarabağın Azərbaycan tərəfindən "mühasirəyə" alındığını iddia edib və Azərbaycanla Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar əllərində “Artsaxın blokadasını dayandırın”, “Ermənistanın təhlükəsizliyi, İranın təhlükəsizliyidir”, “Turan dəhlizinə yox!” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Nümayişdə Ermənistan Parlamentinin deputatı Kristina Vardanyan və İranın Güneyi və İsfahan üzrə arxiyepiskopu Sipan Kaşçiyan da iştirak edib. Qeyd edək ki, ermənilərin Azərbaycana qarşı aksiyasına icazə verən İran rejimi güneydəki soydaşlarımızın Xocalı ilə bağlı anım tədbirlərini yasaqlayıb. Yasağa qarşı çıxan soydaşlarımız ağır şəkildə cəzalandırılıb.
Siyasi şərhçi Azər Həsrət "Şərq"ə bildirib ki, İranı idarə edən fars-molla rejiminin hətta Xocalı soyqırımının ildönümündə, yəni çox həssas bir gündə ermənilərin nümayiş təşkil etməsinə şərait yaratması göstərir ki, Tehran rejimi Azərbaycana münasibətdə düşmən mövqeyindən əl çəkmək niyyətində deyil:
"İran hökuməti Azərbaycana qarşı ermənilərlə birgə hərəkət edir. İran hər fürsətdə Azərbaycana zərbə vurmağa çalışır. Əksər məqamlarda da ermənilərdən istifadə edir, yəni onların əliylə Azərbaycana qarşı düşmənçilik siyasətini həyata keçirir. Tehranın israrla ölkəmizə qarşı yürütdüyü siyasət Azərbaycanda hələ də fars-molla rejiminə rəğbət bəsləyən azərbaycanlıları ciddi düşündürməlidir. Onlar götür-qoy etməli və özləri üçün müəyyənləşdirməlidir ki, fars-molla rejiminin bizə olan münasibəti necədir. Ermənilərin Qarabağla bağlı aksiyasına məhz Xocalı soyqırımının ildönümü günü icazə verildi, daha doğrusu, buna imkan yaradıldı. İrana sevgi bəsləyənlər fars rejimi ilə ermənilərin əlbir olaraq ölkəmizə necə zərbə vurmağa çalışdığını görməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou