Ermənistanda siyasi mübarizə gedir:“Qoy, bir-birilərini qırsınlar”
Fidan Həmişəyeva
14:23 14.04.2021
Siyasət
763
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentinin iclasında Hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı zamanı çıxış edib. Paşinyan çıxış edərkən kapitulyasiya aktını imzalamasına haqq qazandırmağa çalışıb:
“Mövcud vəziyyəti təhlil edərək Qarabağ Prezidenti və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşib qərara gəldim ki, müəyyən, bəli, kifayət qədər ciddi güzəştlər yolu ilə atəşkəsə nail olmalıyıq və bununla əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırdım”.
Paşinyanın sözlərinə görə, bundan sonra o, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edərək, Ermənistan tərəfinin əraziləri "5 + 2" formatı çərçivəsində geri qaytarmaqla Azərbaycana güzəştlər etməyə hazır olduğunu bildirib:
“Biz Rusiya prezidenti ilə vəziyyəti ətraflı müzakirə etdik və bir-birimizi tam anladıq. Bilirsiniz ki, orada azərbaycanlı qaçqınlarla bağlı məsələ var idi. Dedim ki, bu məsələ bir şəkildə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi ilə əlaqəlidirsə, bu mövzuda heç bir prinsipial etirazımız yoxdur”.
Paşinyan qeyd edib ki, bundan sonra Rusiya prezidenti azərbaycanlı həmkarı ilə telefon danışığı aparıb. Telefon danışığının nəticəsində Bakının erməni tərəfinin Hadrutu qaytarmaq tələbini qəti şəkildə rədd etdiyi, həmçinin qaçqınların, o cümlədən Şuşaya da qayıtmasından asılı olmayaraq, Qarabağın statusu məsələsinin qaçqınlar mövzusu ilə əlaqələndirilməməli olmasında təkid etdiyi aydın olub.
Millət vəkili Rasim Musabəyov “Sherg.az”a açıqlamasında Paşinyanın sarsaq fikirlər səsləndirdiyini qeyd edib:
“Erməni mətbuatına baxsaq görərik ki, o, baş verən hadisələrdə müxtəlif adamların adını çəkir. Paşinyan bildirir ki, guya Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 2018-ci ildə ona torpaqları qaytarmaq üçün tapşırıqlar verib. Hazırda Ermənistanda şiddətli siyasi mübarizə gedir və dərin böhran yaşanır. Tərəflər bir-birilərinə böhtanlar atırlar və bu, belə də davam edəcək. Qoy, bir-birilərini qırsınlar. Biz məsələni döyüş meydanında həll etmişik. İndi Paşinyan Koçaryan barədə və Koçaryan da onun haqqında nə deyəcək, bir-birilərinə necə şər atacaqlar, bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm