
Ermənistanda son ümidə də ümid qalmayıb:“...Yekun sülh üçün yalvaracaq
Yusif Nəzərli
16:16 13.02.2023
Siyasət
593
"Ermənistan hazırda beynəlxalq qurumlar üzərindən müxtəlif manipulyasiyalar etməkdə davam edir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Azərbaycan XİN-nin Ermənistana verdiyi cavabı şərh edərkən deyib. Onun sözlərinə görə, rəsmi İrəvanın əsas hədəfi dünya ictimaiyyətini yalan iddialarla çaşdırmaq və aldatmaqdan ibarətdir:
"Erməni siyasi dairələri hələ də vərdiş etdikləri informasiya saxtakarlığının, fırıldaqların əvvəlki kimi effekt verə biləcəyinə ümid bəsləyirlər. Onlar hələ də hesab edirlər ki, guya Ermənistan və erməni faktoru dünya siyasətində hansısa rol oynayır. Ancaq zaman keçdikcə vəziyyət dəyişir. Rəsmi İrəvan və ermənilər Cənubi Qafqazda maraqları olan dünya dövlətləri üçün alətdən başqa bir şey deyil. Onların beynəlxalq manipulyasiyaları zaman keçdikcə öz təsirini ciddi şəkildə itirməkdədir. Bu baxımdan, rəsmi İrəvanın erməni diasporu ilə ortaq şəkildə Azərbaycana qarşı total informasiya savaşı da iflasa məhkumdur".
Ekspertin qənaətincə, yaxın vaxtlarda rəsmi Bakı dünya ictimaiyyətinə, o cümlədən, beynəlxalq məhkəmələrə Ermənistanın hərbi və digər cinayətləri barədə real həqiqətləri faktlar və sübutlarla təqdim edəcək:

"Rəsmi İrəvan Ermənistanın son 30 il ərzində törətdiyi cinayətlərin nə qədər dəhşətli olduğunu hamıdan yaxşı bilir. Ona görə də beynəlxalq məkanda Azərbaycan əleyhinə propoqanda aparmaqla, müxtəlif nüfuzlu qurumlarda manipulyasiyalar etməklə rəsmi Bakını qabaqlamağa çalışır. Halbuki, rəsmi İrəvanın ölkəmizə qarşı yönəltməyə çalışdığı bəzi beynəlxalq qurumların, o cümlədən də Avropa Parlamentinin korrupsiyalaşdığı heç kimə sirr deyil. Yəni hələlik erməni diasporunun parası hesabına BMT də daxil olmaqla, bəzi beynəlxalq qurumlara yol tapa bilirlər. Ancaq tezliklə bu proses də sona çatacaq. Ermənistan əsl reallıqla qarşı-qarşıya qalacaq".
E.Xalidbəyli diqqətə çatdırıb ki, rəsmi İrəvanın beynəlxalq manipulyasiyaları öz təsirini tamamilə itirdikdən sonra Ermənistan yekun sülh sazişinin imzalanması üçün özü yalvarmağa başlayacaq:
"Amma hələ ki, dünyanı Azərbaycana qarşı təzyiqlərə yönəldə biləcəklərinə ümid bəslədikləri üçün sülh prosesindən yayınmağa çalışırlar. Beynəlxalq və regional təxribatlara üstünlük verirlər. Ancaq ermənilərin bu ümidlərinin sona çatmasına da çox qalmayıb".
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan BMT-nin İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının Azərbaycanla bağlı məktubuna istinad edərək guya Azərbaycanın qeyd edilən müraciətə etinadsız yanaşdığını, silahlı qüvvələrimizin törətdiyi iddia olunan hərbi cinayət hallarına aydınlıq gətirilmədiyi barədə açıqlama verib.
XİN sözçüsü A.Hacızadə isə cavab olaraq bildirib ki, Ermənistan tərəfinin bu açıqlaması onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər, kütləvi qırğınlar törədən bir ölkənin riyakarlığının növbəti nümunəsidir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual