Heç vaxt baş tutmayacaq: “SSRİ-ni bərpa etmək boş xəyaldır”
Turan
10:16 21.04.2020
Siyasət
1115
"Yeni geopolitik reallıqlar şəraitində SSRİ kimi bir dövlət qurmaq, eyni ideoloji məzmunda bərpa etmək alınmayacaq”
“Rusiya prezidenti Vladimir Putinin SSRİ ilə bağlı sözlərini düzgün başa düşməliyik”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, indi az qala hamı Putinin "yeni SSRİ planı" hadqa danışır:
“Bir həqiqəti birdəfəlik qəbul etmək, yadda saxlamaq lazımdır ki, SSRİ-ni bərpa etmək boş xəyaldan başqa bir şey deyil və bu proses bundan sonra heç vaxt baş tutmayacaq. Rusiya lideri Vladimir Putinin sözlərini də düzgün başa düşməliyik. Putin deməyib ki, SSRİ-ni yenidən bərpa etmək lazımdır. Onun "Rossiya" telekanalına müsahibəsində SSRİ-nin bərpası ilə bağlı fobiyanın aradan qalxması, MDB ölkələrinin güclərinin birləşdirilməsinin hamının xeyrinə olduğunu vurğulaması heç də Sovetlər İttifaqını bərpa etmək niyyətinin ortaya qoyulması demək deyil. Bəli, Putin indiyə qədər dəfələrlə SSRİ-nin dağılmasının "böyük səhv" və "geopolitik fəlakət" olması ilə bağlı fikirlər səsləndirib. Eyni zamanda SSRİ kimi güclü, böyük bir dövlət qurmaq arzusunu heç vaxt gizlətməyib. Lakin buna baxmayaraq, Kremlin indiki rəhbəri kifayət qədər realist siyasətçidir”.
Analitikin sözlərinə görə, Putin çox yaxşı dərk edir ki, yeni geopolitik reallıqlar şəraitində SSRİ kimi bir dövlət qurmaq, eyni siyasi statusda və ideoloji məzmunda bərpa etmək alınmayacaq:
“Bu, qeyri-mümkündür. Yenə deyirəm, Putin realistdir, ağıllı liderdir. O, xam xəyallarla yaşamır. Yel dəyirmanı ilə savaşan Don Kixot rolunda da görünməyə hazırlaşmır. Əgər son 20 ildə sadəcə iki dövləti - Rusiya ilə Belarusu “İttifaq dövləti” halında birləşdirmək heç cür baş tutmayıbsa, demək ki, digər postsovet ölkələrini də bir araya gətirmək mümkün olmayacaq. Əlbəttə, MDB-ə ya Gömrük İttifaqı kimi birliklər çərçivəsində inteqrasiya proseslərini bir qədər də gücləndirmək, intensivləşdirmək olar. Lakin bütün bunlar heç bir halda SSRİ-nin yenidən "dirildilməsi", restavrasiya olunması kimi anlaşılmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə