İranla ittifaq Ermənistana yükdür
09:11 12.02.2023
Siyasət
631
"İrəvan Tehranın bu yanaşmasına zidd olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsində yer alan Fransanı bölgəyə gətirir"
"Ermənistanın baş naziri Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərinə ona görə Azərbaycanla təmas xəttində yerləşməyə razılaşmayıb ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə xələl gəlməsin".
"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Qərb Ermənistanın Rusiya ilə birgə təmas xəttində Azərbaycana qarşı təxribat yaradacağı ittihamıyla üzləşməsin:
"Paşinyannın bu açıqlaması onun Rusiyanın maraq dairəsindən uzaqlaşması anlamına gəlir. O bu açıqlamadan bir neçə həftə əvvəl “Ukraynada müharibə aparan Rusiyanın Ermənistanda hərbi varlığı (oxu: hərbi bazalarının varlığı) Ermənistan üçün təhdiddir” cümləsini işlətmişdi. Paşinyanın bu tip açıqlamaları Kremlı açıq-aşkar qıcıqlandırır. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dəfə “Azərbaycan Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edib” cümləsini işlədib. Paşinyan Azərbaycana qarşı mübarizədə Qərbin dəstəyini almaq üçün Rusiya ilə münasibətlərdə məsafə saxalamağa başlayıb. Paşinyan eyni məntiqlə İrandan da uzaq dayanmağa çalışmalıdır. Ukraynada işğalçı müharibə aparan Rusiya ilə ittifaq Qərbdə Ermənistanın imicinə zərbədirsə, sanksiya altında olan teokratik İranla yaxınlıq da İrəvana Vaşinqton və Brüsellə münasibətlərdə problem yarada bilər. Bəlkə buna görədir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İranın Ermənistanı dəstəkləməsinin ermənilərə olan böyük sevgidən irəli gəlmədiyini bildirib: “İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu, ilk növbədə, özü üçün edir. İran öz dövlət maraqlarından çıxış edərək silah satışını və daşınmasını həyata keçirir”.
Analitikə görə, bu, yeni etirafdır. Deməli, İranla ittifaq da Ermənistana yükdür:
"Tehran İrəvanın xarici siyasətini korrektə etməsinə qıcıqlanacaq. İçərisində fransalı müşahidəçilərin yer alacağı Avropa İttifaqı nümayəndə heyətinin Azərbaycanla təmas xətti ilə yanaşı İrana yaxın ərazidə yerləşməsi Tehranın maraqlarına ziddir. “Bölgə ölkələrinin münasibətlərindəki problemlərin həllində kənar ölkələr iştirak etməməlidirlər” – bu iranlı rəsmilərin, diplomatların, din xadimlərinin və generallarının təkrarən söylədiyi açıqlamadır. İrəvan Tehranın bu yanaşmasına zidd olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsində yer alan Fransanı bölgəyə gətirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual