İrəvanın iddiaları əhəmiyyətsiz və mənasızdır
Yusif Nəzərli
04:30 02.12.2021
Siyasət
388
Mərkəz rolunu bundan sonra Azərbaycan oynayacaq
Bunu Türkmənistan, Azərbaycan və İran arasında imzalanan sənəd bir daha göstərdi
“Regional və beynəlxalq təşkilatlarla iş rəsmi Bakı üçün əsas prioritetlərdən biridir. Bu istiqamətdə İqtisadi Əməkdaşlıq Təşkilatı ilə birgə əməkdaşlıq da müvafiq komponentlərdən idi”. Bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq platformasına töhfə verəcək bir sıra təkliflərlə çıxış edib: “Təşkilatın ötən gün Aşqabadda baş tutan və 10 dövlətin iştirakı ilə keçirilən iclası mühüm əhəmiyyət kəsb edirdi.
Görüş çərçivəsində Azərbaycan Prezidenti Pakistan, Türkmənistan, İran və Türkiyə liderləri ilə görüşlər keçirib və bu görüşlərdə ikitərəfli münasibətlərin daha da inkişaf etməsi həmin ölkələr ilə müzakirə predmeti olub”.
Politoloq qeyd edib ki, keçirilən vacib görüşlərdən biri İran İslam Respublikası və Azərbaycan Respulikası Prezidenti arasında olan görüş idi:
“Son zamanlar iki tərəf arasında müəyyən çağırışlar və sual doğuran məsələlər var idi. Prezidentlərin görüşündə İranla Azərbaycan arasında münasibətlərin iki qardaş dost xalq arasında olan münasibətlərin ruhunda davam edərək bundan sonra da inkişaf edəcəyi barəsində çıxış etdilər. Bundan sonra da müxtəlif sahələrdə birgə əməkdaşlığın daha da genişlənməsi siqnalını verdilər. Artıq bunun ilkin görüntüləri var idi. Bu, Aşqabadda Türkmənistan, Azərbaycan və İran arasında türkmən təbii qazının İran vasitəsilə Azərbaycana nəqlini nəzərdə tutan əhəmiyyətli bir sənəd idi ki, Prezident İlham Əliyev həmin sənədi tarixi sənəd adlandırır. Bu sənədlə biz Cənub-Şimal və Cənub-Qərb nəqliyyat dəhlizində vacib mərkəz rolu oynadığımızı bir daha sübut etmiş olduq”. Z.Məmmədov qeyd edib ki, son zamanlar Ermənistanda iddia edirdirlər ki, guya, İrəvan Cənub-Şimal və Cənub-Qərb nəqliyyat dəhlizində mərkəz rol oynayacaq: “Lakin Türkmənistan, Azərbaycan və İran arasında imzalanan sənəd bir daha göstərdi ki, istər neft-qaz, istərsə də qeyri-enerji mallarının Qərbə və Şimala çatmasında mərkəz rolunu bundan sonra da Azərbaycan oynayacaq. Türkmən qazının İrana və Azərbaycana gəlməsi həm də İran və Azərbaycan arasında iqtisadi-siyasi məsələlərin həllini tapmasında mühüm rol oynayacaq və gələcəkdə Tehranla Bakı arasında Cənub-Şimal nəqliyyat dəhlizinin şaxələndirilməsinə, eyni zamanda güclənməsinə səbəb olacaq”. Politoloq, həmçinin bildirib ki, Zəngəzur dəhlizindən birgə istifadəyə dair İqitsadi Əməkdaşlıq Təşkilatının üzvləri arasında olan fikirlər də çox vacibdir: “Türkiyə lideri cənab Ərdoğan öz çıxışında dəhlizin önəmindən danışdı. Birgə memoranduma nəzər salsaq, görərik ki, yekun bəyanatda ümumiyyətlə üzv dövlətlər Azərbaycanın işğaldan azad edilən rayonlarına investisiya qoyuluşuna çağrılır. Eyni zamanda, Zəngəzur dəhlizi ifadəsindən istifadə edilir ki, bu da bu yolun doğrudan da dəhliz olacağının bir daha əyani sübutudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə