
Kollektiv Qərbə xəbərdarlıq
18:53 09.12.2023
Siyasət
552
London Kreml üçün yenilənmə planını aktivləşdirib “Kemeronun dediyi kimi, dünyanın əvvəlki vəziyyətinə qayıdacağına ümid etməyin mənası yoxdur”
Böyük Britaniyanın Xarici işlər naziri Devid Kemeron deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, daha çox şey əldə edəcək. Kemeronun sözlərində həqiqət olsa da, bütünlüklə reallığı əks etdirmir. Düzdür, Ukraynadakı müharibə kiçik uğurla belə Moskvanın xeyrinə yekunlaşsa, Rusiya bundan cəsarətlənəcək. Lakin Kremlin yenidən dünyaya meydan oxuması, habelə hansısa ölkəyə müdaxiləyə cəhd etməsi asanlıqla və tez baş tutmayacaq. Məsələ ondadır ki, müharibə iki ildən artıqdır davam edir və Rusiya bu savaşda hərbi, iqtisadi-siyasi itkilərə məruz qalıb. Yəni Kremlin ehtimal zəfəri belə “Pir qələbəsi”ndən başqa bir şey olmayacaq. Buna görə də London təklif edir ki, Qərb Putini Ukraynada dayandırsın.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Böyük Britaniya son 300 ildə dünya siyasi sisteminə yön verən supergüc olub. Ekspertin fikrincə, son 50 il ərzində isə prosesdən kənarda qalıb:

"Daha doğrusu, proseslərə pərdəarxasından müdaxilə ilə kifayətlənir. Lakin son illərdə rəsmi London dünya siyasi proseslərinə yenidən aktiv şəkildə müdaxilə etməyə başlayıb. Rusiya-Ukrayna müharibəsinə isə xüsusi diqqəti var. Böyük Britaniya Birinci Dünya müharibəsi nəticəsində siyasi arenadan Osmanlı kimi köklü bir dövləti silsə də, Rusiyada buna nail ola bilmədi. Rusiya İmperiyası özünü SSRİ ilə əvəzlədi, daha da qüdrətli oldu. SSRİ süqut etdikdən sonra özünü onun varisi kimi təqdim edən Rusiya Federasiyası kifayət qədər güclü və qüdrətli idi. Yəni Böyük Britaniya indi yeni nizam qurmaq istəyirsə, Rusiyanı parçalayaraq kiçiltməli, ya da hakimiyyətdəki elitanı dəyişməlidir".
Analitikə görə, Kemeronun dediyi kimi, dünyanın əvvəlki vəziyyətinə qayıdacağına ümid etməyin mənası yoxdur: "Yəni rəsmi London Kreml üçün yenilənmə planını aktivləşdirib. Rusiya Ukraynada istədiklərini ala bilməsə də, onu tam məğlub etmək mümkün deyil. Kreml əlindəkiləri qorumaq, müharibəni bu reallıqlarla bitirmək istəyir. Bundan başqa, Moskva Qərb blokunda çat yaratmağı da bacarıb. Belə ki, Qərbdə Rusiya-Ukrayna müharibəsinin gələcəyinə dair yanaşma birmənalı deyil. Müharibənin uzanması Qərb blokunda fikir ayrılıqlarını günbəgün dərinləşdirir. Bu mənada D.Kemeronun sözügedən ifadələri, əslində həm də Kollektiv Qərb üçün xəbərdarlıqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə