Kremldən yeni PLAN: Azərbaycan AİB və KTMT üzvü olsun -TƏHLİL
Fidan Həmişəyeva
12:45 16.04.2021
Siyasət
576
“Rusiya bu günə qədər Azərbaycan ərazisinə atılan “İsgəndər – M” raketlərinə aydınlıq gətirməyib”
“Bunun qarşılığında Azərbaycanın Türkiyə ilə hərbi ittifaqı güclənib və bu ittifaq getdikcə güclənəcək”
“Bunlar varkən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü mümkün deyil
“Rusiyada Azərbaycan üçün yeni mövzu tapıblar: Dağlıq Qarabağ münaqişəsi bitdiyindən Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsun!”.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında yazıb.
Analitik bildirib ki, Rusiya müharibədən əvvəl və müharibə zamanı Ermənistanı istənilən qədər silahla təhciz etdi və bu proses indi də davam edir:
“Rusiya bugünə qədər Azərbaycan ərazisinə atılan “İsgəndər – M” raketlərinə aydınlıq gətirməyib. Bunun qarşılığında Azərbaycanın Türkiyə ilə hərbi ittifaqı güclənib və bu ittifaq getdikcə güclənəcək. Bunlar varkən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü mümkün deyil. İki il öncə “Azərbaycanın KTMT-yə üzvlüyü mümkündür” fikrini səsləndirən millət vəkillərindən biri ilə qiyabi polemikamız oldu.
O fikrini belə əsaslandırırdı ki, Azərbaycan KTMT-yə üzv olsa, Rusiyadan daha münasib qiymətə hərbi texnika alacaq. Həqiqətən Azərbaycan bir neçə il ərzində Rusiyadan hərbi texnika alıb, ancaq sonra bu sahədə əsas tərəfdaşlarımız Türkiyə, İsrail və Belarus oldu. Misal üçün Azərbaycan ötən il Rusiyadan hərbi texnika almayıb. Bu bizə artıq lazım deyil. Rusiyanın hərbi texnikasıyla Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür. Ona görə “KTMT-yə üzv olaq və Rusiyadan ucuz qiymətə hərbi texnika alaq” bəhanəsi artıq işləmir”.
Avrasiya İqtisadi Birliyinə gəldikdə, politoloq vurğulayıb ki, bu quruma üzv olan ölkələr belə təşkilatdan narazıdırlar:
“Türkiyə və Azərbaycan Türk Şurasını gücləndirməyə qərar veriblər. Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan və Özbəkistan da bunda maraqlıdırlar. Ancaq Zəngəzur dəhlizi işə düşərsə və bununla regional layihələrin reallaşması sürətlənərsə, Avrasiya İqtisadi Birliyinə maraq arta bilər. Bu məsələdə Bakı ilə Ankaranın koordinasiyası vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm