
Lavrov Bakıya hansı təkliflərlə gəlir? - AKTUAL ŞƏRH
Yusif Nəzərli
12:28 27.02.2023
Siyasət
561
"Rusiya Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri bir sıra məsələlər fonunda xüsusilə, önəmli bir hal kimi qarşımıza çıxmaqdadır".
Bunu "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı deyib. O diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Arayik Arutyunyan "dövlət naziri" Ruben Vardanyanı vəzifəsindən azad edib:
"Prezident İlham Əliyev də qeyd etmişdi ki, R.Vardanyan “vəzifəyə” gəldiyi ilk gündən rəsmi Moskvadan xüsusi məqsədlərin icrasının planlaşdırılması üçün təlimatlandırılaraq, Qarabağa göndərilən bir şəxsdir. R.Vardanyanın planının ifşası və uğursuzluğundan sonra Sergey Lavrovun Bakıya səfəri onu deməyə əsas verir ki, XİN başçısı yeni təkliflərlə gəlir.
Çünki şimal qonşumuz fərqindədir ki, artıq onun həm Ukraynada üzləşdiyi problemlər, eyni zamanda bir sıra dünya məsələlərində uduzması və ya geridə qalması Qarabağdakı fəaliyyətlərinə də təsir göstərir. Yəni Rusiya artıq Qarabağda ümumiyyətlə, Cənubi Qafqazda əvvəlki kimi aktiv oyunçu deyil.

Eyni zamanda Nikol Paşinyanın Qərblə əlaqələri və oradakı havadarları vasitəsilə Rusiya maraqlarından uzaq siyasət yürütməsi də, rəsmi Moskvanın bölgədəki təsir imkanlarını bir xeyli məhdudlaşdırır. Həmçinin Azərbaycan özü də müstəqil xarici siyasət yürüdür. Regionda tamamilə öz maraqlarını müdafiə edir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, S.Lavrovun Bakı səfəri tamamilə, rəsmi Moskvanın maraqlarının yenidən təmin edilməsinə hesablanıb.
Konkret təkliflərin nədən ibarət olacağını demək çətindir. Amma hər halda şimal qonşumuz özünün yaşadığı ciddi problemlər fonunda istər Qarabağ, istərsə də Cənubi Qafqazdakı digər iqtisadi tranzit və ya geosiyasi məsələlərdə rəsmi Bakıdan öz maraqlarına uyğun vədlər əldə etməyə çalışır. Artıq şimal qonşumuz da başa düşür ki, Azərbaycanın bölgədəki gücünü sərhədləyə və proseslərin qarşısını ala bilməyəcək. Belə olan halda rəsmi Moskva hazırda bu prosesləri Rusiyanın təsirinə, nüfuzuna zərər dəymədən, öz xeyrinə çevirməyə çalışacaq".
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Lavrov Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək. Zaxarova Rusiya XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul olunmasının planlaşdırıldığını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou