Lavrov İrandakı səfirliyimizə qanlı hücumdan danışdı
Yusif Nəzərli
11:40 28.02.2023
Siyasət
640
"İran Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir".
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində "21-ci əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" tematik konfransında deyib.
Nazir vurğulayıb ki, Rusiya-Azərbaycan-İran üçtərəfli formatının normal gələcəyi var: "Rəsmi Moskva bu formatın bərpasına töhfə verməyə hazırdır. Pandemiya dövründən əvvəl Rusiya-Azərbaycan-İran üçtərəfli formatı uğurla fəaliyyət göstərirdi. Düşünürük ki, onun yaxşı gələcəyi var. İndi biz maraqlıyıq ki, iranlı həmkarlarımız Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görsünlər. Biz bu problemin həllinə kömək etməyə çalışacağıq”.
S.Lavrov 3+3 formatında daha bir regional əməkdaşlıq platformasından danışaar bildirib ki, ikinci görüşə hazırlıq gedir: “3+3 platforması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib, Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşıb. Bu mexanizmin yalnız bir iclası keçirilib. Gürcüstan isə iştirakdan yayınıb. Lakin biz razılaşdıq ki, Tbilisi üçün qapını həmişə açıq saxlayaq. Bu, hazırkı mərhələdə ikinci görüşün hazırlanması kontekstində tamamilə aktual olaraq qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə