
Makronun nüfuzu çox aşağıdır
20:05 17.09.2024
Siyasət
512
Ancaq onun impiçmentlə vəzifəsindən kənarlaşdırılması real deyil
Fransa Milli Assambleyası Aşağı Palatasının Ali Kollegial orqanı ölkə Prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib. 22 nəfər üzvdən ibarət Ali Kollegial orqanın 12 nəfəri qətnamənin lehinə səs verib, hansı ki, həmin o 12 nəfər solçudur və Makronun hakimiyyətdən uzaqlaşmasını məhz bu siyasi qrup irəli sürüb. Makronun hakimiyyətdən uzaqlaşdırılmasını keçmiş Fransa Prezidenti Fransua Oland da daxil olmaqla 81 deputat dəstəkləyir. Solçuların Makronun impiçmenti ilə çıxış etmə səbəbi kimi, "Yeni Xalq Cəbhəsi"nin baş nazir vəzifəsinə təklif etdiyi Lyusi Kaste namizədliyinin Makron tərəfindən rədd edilməsi göstərilir.
Siyasi şərhçi Vüqar Dadaşov “Sherg.az"a açıqlamasında deyib ki, Emmanuel Makronun impiçmentinin baş tutması mümkün deyil. O bildirib ki, Makronun həm ölkə daxilində, kaloniyalarında, xarici siyasətində və hətta Avropa Birliyi ilə bağlı siyasətində böyük narazılıqlara və nüfuzunun çox aşağı olmamasına baxmayaraq, Fransa dövləti Makronu bu şəkildə vəzifəsindən kənarlaşdırmayacaq:

“İmpiçment baş tutarsa, hakim elita bütünlüklə tənqid olunan Fransanın rəsmi siyasətinin uğursuzluğunu etiraf etmiş olur. Makron siyasətinin uğursuzluğu hakim siyasi dairənin, elitanın uğursuzluğudur. Bunu isə təkcə Makronun belinə yıxmaq mümkün deyil. Əslində, Makronun vəzifəsindən kənarlaşdırılmağı xeyli müddət əvvəl, onun korrupsiya və lobbiçilik ittihamları ilə daha mümkün görünürdü. Əlbəttə ki, Fransa dövləti prezidentə qarşı bu ittihamlardan istifadə etmədi o hesaba ki, Fransa BMT TŞ-nin daimi üzvü kimi, beynəlxalq nüfuzuna, imicinə xələl gəlməsin.
Düşünürəm ki, Makrona qarşı impiçment proseduru əslində, gələcək prezident seçkiləri üçün solçu qruplarının hazırlıqlarıdır. Bu prosedurda isə Makrona hakimiyyətini qorumaq üçün imkan veriləcək, hərçənd ki, heç bir nəticəni tam istisna etmək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou
Bloomberg: Putin Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır
02:32 27.08.2026
Gündəm