Molla rejimi səlibçi təfəkkürlü xarici siyasət aparır
Yusif Nəzərli
00:34 01.03.2023
Siyasət
675
İranın Ermənistanla bağlı bu mövqeyinin insani hisslərdən qaynaqlanmadığı aşkardır
Özünü “İslam respublikası” adlandıran İran və onun fars-molla rejiminin Ermənistana sevgisi bitib-tükənmək bilmir. Bu dəfə həmin sevgi rejimin əmək və sosial rifah naziri Seyid Sultan Murtuzavinin timsalında müşahidə olunub. Ermənistanda səfərdə olan Murtuzavi erməni həmkarı Narek Mkrtçyanla görüş zamanı deyib ki, İran 2020-ci ildə Qarabağda müharibə zamanı yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”.
Politoloq Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, əlbəttə, bütün ölkələrin bir-biri ilə istənilən sahədə əməkdaşlıq etmək, yardımlaşmaq səlahiyyəti və hüququ var. Lakin İranın Ermənistanla bağlı bu mövqeyinin insani hisslərdən qaynaqlanmadığı aşkardır:
"Murtuzavinin Mkrtçyanla görüş zamanı dediyi sözlər İranın ali dini liderinin iki il əvvəl verdiyi “fətvanı” tam təkzib edir. Dini lider Əli Xamneinin "Qarabağın müsəlmanların torpağı olduğunu, bu torpaqların azad edilməsi uğrunda həlak olanların isə şəhid olduğunu “müəyyənləşdirən” fətvası var. Bizim üçün İranın "baş mollası"nın verdiyi fətvanın heç bir hüquqi-dini əhəmiyyəti olmasa da, bu faktlar özlərini təkzib etmələri baxımından önəmlidir. Murtazavi Tehranın birgə peşə məktəbləri yaratmaq niyyətini də qarşı tərəfin diqqətinə çatdırıb. Tərəflər Zəngəzur bölgəsində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını da müzakirə ediblər. Murtazavinin qeyd etdiyi “Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi təmsil etdiyi rejim üçün prioritet təşkil edir” sözləri isə faktiki olaraq bir daha İranın səlibçi təfəkkürlü xarici siyasət apardığını gözlər önünə sərir. Əhalisinin böyük hissəsinin islam dininə etiqad edən bir ölkənin torpaqlarının 30 ilə yaxın işğalda qalmasına, məscidlərinin dağıdılmasına, ayaqda qalan ibadət evlərində donuz saxlanılmasına göz yuman, bütün bunları edən Ermənistana hər sahədə yardım göstərən bir ölkənin islam dini ilə yaxından-uzaqdan əlaqəsi ola bilməz. Bu, molla rejiminin, əslində, səlibçi təfəkkürlü imperialist ölkə olduğunu bir daha sübut edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə