Orada hər kəs 100 ildən çox ömür sürür
Yusif Nəzərli
06:14 02.12.2021
Siyasət
739
Qəsəbəyə giriş-çıxış məhduddur. Bu məhdudiyyətlər koronavirusla bağlı deyil, kökləri daha qədimlərdədir
Sardiniya adası dünyada 100 yaşdan artıq yaşayan insanların ən çox olduğu yerdir. Buna görə Sardiniyaya “mavi xətt” ölkəsi də deyilir. David Rovson adlı alim Sardiniyada uzunömürlülüyün sirrini öyrənməyə cəhd edib. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, adadakı qidalanma ənənəsi, sosial yaşam və daha bir neçə amil üzərində araşdırma aparan alim maraqlı faktlarla qarşılaşıb. Sardiniya İtaliyanın ən önəmli adalarından biridir.
Bura eyni zamanda Aralıq dənizinin ikinci böyük adasıdır. Sardiniya dünyada 100 yaşından artıq yaşayan insanların ən çox olduğu yer kimi tanınır. Uzunömürlülər daha çox adanın dəniz sahilində yerləşən qəsəbələrində yaşayırlar. Bu yaşayış yerlərindən biri Arzana qəsəbəsidir.
Qəsəbə kiçikdir. Məlumdur ki, İtaliya koronavirusdan daha artıq dərəcədə təsirlənən ölkələr sırasında az qala birinci sırada idi. Bunun bir səbəbi də ölkə əhalisi arasında yaşlı insanların çox olması göstərilir. Lombardiya bölgəsi də daxil olmaqla, Siciliya və Sardiniyada onlarla insan koronavirusdan həyatını itirdi. Amma pandemiyaya baxmayaraq Sardiniyada uzunömürlülük göstəriciləri düşməyib. Səbəb nədir? Tədqiqatlar göstərir ki, insanların uzunömürlü və sağlam yaşamasının səbəblərindən biri qəsəbənin ətraf aləmdən, dünyadan təcrid olunmasıdır. Qəsəbəyə giriş-çıxış məhduddur. Bu məhdudiyyətlər koronavirusla bağlı deyil, kökləri daha qədimlərdədir.
Təcridolunma bölgə xalqının genetik kodunda vardır. Sardiniya xalqı digər bölgələrin əhalisindən fərqlənir. Ancaq səbəb təkcə təcrid deyil. Bölgənin adət və ənənələri, mədəni faktorlar da böyük əhəmiyyət daşıyır. Xüsusən də qidalanma qaydaları uzunömürlülüyü təmin edir. Bu da Aralıq dənizi mətbəx mədəniyyətidir. Sardiniyada hər kəs bu mədəniyyətə riayət edir. Sardiniyada hətta XVII-XVIII əsrlərdə də uzunömürlülük qeydə alınıb.
Alimlərin ortaq fikrinə görə, Aralıq dənizi mətbəxi və pəhrizi uzun yaşamağın stimuludur.
Bu, dünyanın ən yaxşı mətbəxlərindən biri sayılır. Aralıq dənizi regionunun mətbəxi öz təzəliyi, yüngüllüyü və incə ətri ilə seçilir. Seynt-Etyen Universitetinin alimləri miokard infarktından əziyyət çəkən 600 pasientdən ibarət olan qrup üzərində tədqiqat aparıblar. Pasientlər iki qrupa bölünüb.
Birinci qrup az kalorili pəhrizi, ikinci isə zeytun yağı, makaron, təzə meyvə və tərəvəzlər, paxlalar, az miqdarda qırmızı ət, daha çox miqdarda ev quşlarının əti, balıq, və yemək zamanı qırmızı şərabın istifadə olunması prinsiplərinə əsaslanan Aralıq dənizi regionunun pəhrizini tutmalı idi.
Tədqiqatın nəticələri heyrətləndirici olub. Cəmi iki il ərzində böyük fərq müşahidə olunub – “Aralıq dənizi pəhrizini tutan qrupda” həyatın müddəti əhəmiyyətli dərəcədə artıb, xərçəng xəstəliyi halları isə 61 faiz azalıb.
Tərəvəzlər, göyərti və zeytun yağı. Bunlara balıq, dəniz məhsulları, pendir, makaron, düyü, sarımsaq, zeytun, oreqano kimi məhsullar əlavə edildikdə Aralıq dənizi regionun mətbəxi haqqında anlayış əldə edilir. Sağlam qida sağlam yaşamın əsasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə