
Paşinyan rəqiblərindən daha güclü mövqedədir - Politoloq
06:00 18.09.2024
Siyasət
377
Hələ ki nə kilsənin, nə də müxalifətin ona gücü çatır, belə durumda hansısa dövlət çevrilişindən danışmaq tezdir
Ermənistanın sabiq prezidenti Robert Koçaryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Past” qəzeti məlumat yayıb ki, Rusiya rəhbəri Koçaryanı 70 illik yubileyi münasibətilə təbrik edib. Nəşrə görə, telefon danışığı faktının özü diqqəti çəkir, xüsusən indiki vəziyyətdə: "Görünən odur ki, yeni siyasi proseslər ərəfəsində Rusiya Ermənistana diqqətini artırır". Vurğulanıb ki, Rusiya Nikol Paşinyan hökumətini etibarlı tərəfdaş və müttəfiq kimi görmür. Məlum olduğu kimi revanşist “Vətən naminə Tavuş” Hərəkatı sentyabrın 23-də hökumətə qarşı itaətsizlik aksiyalarına başlayacaq. Hərəkata keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Baqrat məqsədlərinin hakimiyyət dəyişikliyi olduğunu açıqlayıb. Ermənistan hökumətinin təmsilçiləri hərəkatın Rusiya tərəfindən dəstəkləndiyini iddia edir. Koçaryana gəlincə, onun rəhbərlik etdiyi “Ermənistan” bloku artıq hərəkata dəstəyini açıqlayıb.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanda Paşinyan hakimiyyətinə təzyiq göstərmək, İrəvan hökumətinin Qərblə yaxınlaşmasının qarşısını almaq, Rusiyanın təzyiqindən uzaqlaşmaq imkanlarını məhdudlaşdırmaq üçün vaxtaşırı olaraq keşiş B.Qalstanyan, kilsə, müxalif dairələr, separatçıların qalıqları Rusiya tərəfindən istifadə olunacaq. Ekspertin sözlərinə görə, Paşinyana qarşı qüvvələrin mütəmadi aktivləşməsi müəyyən səbəblərlə bağlıdır:

"Məqsəd Paşinyana problem yaratmaq, onu devirərək sülh prosesini dalana dirəməkdir. Fərqli bölgələrdə etiraz aksiyaları təşkil etməklə hökumətə qarşı ümumi narazılıq fonu yaratmaq istəyirlər. Amma görünən odur ki, indiki məqamda həmin qruplaşmalar Paşinyana qarşı ciddi təhdid formalaşdıra bilmirlər. Paşinyanın erməni kilsəsinə qarşı mübarizəyə başlamasının da şahidi oluruq. Baş nazir kilsəni zəiflətmək və beləliklə, onun hakimiyyətə və ictimaiyyətə təsirini sıfıra endirməyə çalışır. Yəni indiki vəziyyətdə Paşinyan rəqiblərindən, ona qarşı çıxanlardan daha güclü mövqedədir. Hələ ki nə kilsənin, nə də müxalifətin Paşinyana gücü çatır. Belə durumda hansısa dövlət çevrilişindən danışmaq tezdir. Buna rəğmən, Qalstanyan və kilsə ictimai rəyi manipulyasiya edə bilirlər. Ən azından Paşinyana sosial-siyasi problemlər yaratmağı bacarırlar. Gələcəkdə nə zamansa uyğun vəziyyət olarsa, onlar Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou