
Paşinyanın çağırışı: Ermənistan növbəti Suriyaya çevrilə bilər
Yusif Nəzərli
09:57 20.02.2024
Siyasət
513
Getməyimi tələb edən çoxlu siyasi qüvvə var, amma biz xalqdan mandat almışıq.
Bunu Ermənistanın Baş naziri Paşinyan Münhen və ətraf rayonlardakı erməni icmasının nümayəndələri ilə görüşündə “Qarabağın itirilməsindən, bu qədər uğursuzluqdan sonra istefa vermək cəsarəti sizdə varmı” sualına cavab verərkən deyib.
“Amma biz bunu sadə bir səbəbdən edə bilmərik, xalqdan səlahiyyət və mandat almışıq, getsək, bu mandatı kimə buraxacağıq?” - o bildirib.
Paşinyan əlavə edib ki, onlar mandatı iki dəfə geri qaytarıb, amma yenidən alıblar:
“İndi vəzifəmiz “itirilmiş Vətən” haqqında sonsuz baxışlara uymamaq, dövlətə sahib olmağa diqqət etməkdir. Bütün bunları niyə deyirəm və edirəm? Mən satqınam, hansısa torpağı kiməsə vermək arzusunda olan xarici agentəm? Əlbəttə, belə düşünə bilərsiniz, amma bunu ona görə edirəm ki, eyni ruhda davam etsək, Vətənimizi itirəcəyik”.

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Paşinyan bu çıxışı ilə sanki erməni cəmiyyətini kənar qüvvələrin təxribatçı fikirlərinə uymamağa çağırır:
"Yəni Paşinyan qarşımızdakı rəqibimiz bizdən qat-qat üstündür demək istəyir. Əgər İrəvan beynəlxalq hüququ pozaraq Qarabağ və digər əraziləri tələb etsə, Ermənistan dövləti yox ola bilər. Bunu isə Nikol Paşinyan çox gözəl anlayır. Erməni Baş nazirin əsas dərdi Azərbaycanla olan münaqişə deyil. Çünki Ermənistan tərəfi hansısa iddia qaldırsa, real toqquşma baş verə bilər. Bu zaman isə qarşıdurma təkcə Azərbaycan ilə olmayacaq. Rusiya və İran qoşunları da Ermənistandan böyük ərazilər tutacaq. Belə olan halda isə Ermənistanın növbəti Suriya olma ehtimalı var. Buna görə də Nikol Paşinyan xalqını açıq şəkildə ehtiyatlı olmağa çağırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial