"Sülh müqaviləsi" bizə lazımdırmı?!
Yusif Nəzərli
10:43 31.10.2021
Siyasət
582
"Erməni toplumunun düşüncəsində revanşist fikirlərlərin qaldığı, səsləndirildiyi bir durumda bu, mənasız və əhəmiyyətsiz bir hərəkətdir. Bir halda ki, ermənilərlə olan müharibəyə 1-ci və 2-ci Qarabağ müharibəsi deyib sıralayırıqsa, deməli, hələ heç nə bitməyib".
Bu barədə "Sherg.az"a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, bu sayın artma ehtimalı həmişə olacaq:
"Süni şəkildə erməniləri sülhə cəlb etmək nəyi dəyişəcək? Əgər zehinlərdə həmişə düşmənçilik fikirləri qalacaqsa, erməni "sarsax" adlı dövlətdən, Qarabağdakı ermənilərə statusdan danışırsa, xüsusən də, bu, Rusiya tərəfindən gələcəyə saxlanırsa? Azərbaycanın Ermənistanı məcburi şəkildə müqavilə imzalanmadan belə sülh şəraitində yaşamağa məhkum etməyin tək yolu var, o da ki, dəymiş ziyana görə təzminat məsələsidir". A.Qasımov əlavə edib ki, təzminat məsələsi erməniləri on illərlə sürünməyə, başını qaldırmağa macal verməməyə məhkum edəcək: "Problem tərəflərin hər birini qane edən qərarlar verilməyənə kimi könüllü sülhlə nəticələnməyəcək. Hansı ki, bu da mümkün deyil. Bunu bu günlər Kosovo-Serbiya arasında yenidən qızışdırılması istənilən gərginlik də sübut edir. On illərdir Serbiya məğlubiyyətin nəticəsini qəbul etmək istəmir və Rusiyanın da təhriki ilə yenidən problemi qızışdırır. Qarabağda da belə olacaq gec-tez, əgər orda Rusiya varsa. Bu baxımdan, sülh müqaviləsi çağırışları edib, özümüzü süni şəkildə gələcək problemlərin içərisinə soxmağın adı yoxdur. Qələbədən istifadə edib Zəngəzur dəhlizini açmaq və ona xüsusi status vermək, tədricən də Xankəndiyə və ermənidə qalan digər ərazilərə yerləşib, onları ordan sıxışdırmağa çalışmalıyıq. "Sülh müqaviləsi" gələcəyin işidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm