Tələb qüvvəsindədir: Vardanyanın “vəzifəsindən” çıxarılması heç nəyi dəyişməyib
Yusif Nəzərli
08:58 28.02.2023
Siyasət
410
"Vardanyanın qondarma “vəzifəsindən” uzaqlaşdırılmasından sonra bir sual xüsusilə önə çıxır: Laçın yolundakı aksiya başa çatacaqmı?". Bu sözləri "Şərq"ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, İrəvanda və separatçılar arasında belə fikirlər var: "Nikol Paşinyanın Vardanyanın “gedişindən” sonra Putinə, ardınca BMT baş katibi Quttereşə zəng etməsi, Laçın yolundakı aksiyanı müzakirə etməsi də bununla bağlıdır.
Ermənilən Rubeni “vəzifədən” çıxarmaqla “Bakının tələbi icra edildi, Laçın yolunda aksiya bitməlidir” rəyini yaratmağa çalışır. Halbuki aksiyanın əsas tələbi başqadır: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi suveren ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Bu tələblə başlayan aksiyada daha sonra əlavə tələblər də gündəmə gəldi.
Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə dayandırılmalı, yolda Azərbaycanın nəzarət mexanizmlərinin yaradılması təmin edilməlidir. Ruben Vardanyan Azərbaycanın suveren ərazisini tərk etməlidir. Məlum olan tələblərdən heç biri icra olunmayıb, mədənlərə giriş imkanı yaradılmayıb. Laçın dəhlizində nəzarət mexanizmləri qurulmayıb. Vardanyan “vəzifəsindən” çıxarılsa da, Azərbaycan ərazisində yaşamağa və fəaliyyət göstərməyə davam edir. Laçın yolundakı aksiyanın dayanması bu tələblər icra edildikdən sonra müzakirə mövzusu ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou