Tokayevin APA-ya müsahibəsi: “Qarabağın necə dinamik şəkildə canlandığını artıq görürük”
Yusif Nəzərli
06:30 10.03.2024
Siyasət
490
“Qarabağın necə dinamik şəkildə canlandığını artıq görürük”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə APA-ya yazılı müsahibəsində bu fikri bildirib.
Qazaxıstan Respublikasının Prezidenti qeyd edib ki, bu regionda böyük quruculuq işləri aparılır:
“Nəqliyyat, sosial və turizm infrastrukturu aktiv şəkildə inkişaf edir, hava limanları, mehmanxanalar, yaşayış binaları, məktəblər tikilir. Təbii ki, biz bu fəzilətli işlərdən kənarda qala bilməzdik. 2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək. Mən şirkətlərimizin Qarabağın dirçəldilməsi prosesində iştirak etməkdə maraqlı olduğunu bir daha təsdiqləmək istərdim. Qazaxıstan şirkətinə Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanası binasının tikintisi layihəsini təqdim etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə daha çox oxşar layihələrin həyata keçiriləcəyini gözləyirik. Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin nümunəsinə çevriləcək. Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək. Əlavə olaraq qeyd etmək istərdim ki, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıdır. Qazaxıstan beynəlxalq sülhməramlı təşəbbüsləri iqdam edən və dəstəkləyən ölkə olaraq bütün Avrasiya regionunun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə