Türkiyə Ermənistanla sərhədləri açdı! - “Sülh üçün Ankaranın masada olması...”
Yusif Nəzərli
17:36 27.02.2023
Siyasət
882
Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını söyləyib.
Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını diqqətə çatdırıb.
Azərbaycan-Türkiyə münasibətlərini "Sherg.az"a dəyərləndirən Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib ki, qardaş ölkə ilə əlaqələr hər keçən gün dərinləşir:
“Prezidentlərin sıx təmasları, tez-tez görüşməkləri, fikir mübadiləsi aparmaqları təqdirəlayiqdir.
Türkiyə Ermənistanla sərhədləri açdı. Türkiyə xarici siyasətini Azərbaycana, türk dünyasına yönəlik koordinasiyalı şəkildə həyata keçirir. Sərhədllərin açılmasından narahatlıq duymaq lazım deyil.
Əksinə yeni geosiyasi durumda Ermənistanla vasitəçisiz sülhə nail olmaq istəyiriksə, Türkiyənin masada olması vacibdir. Yeni geosiyasi reallıqlara görə, Türkiyə ilə Ermənistan münasibətləri yaxşılaşmalıdır. Bölgədə qan, şəhid, işğal, qətliam istəmiriksə, mütləq Rusiya Cənubi Qafqazdan çıxmalıdır.
Bu da tərəflərin birgə səyindən aslıdır. Proses Türkiyənin hərbi, siyasi, iqtisadi dəstəyi ilə həyata keçirilməlidir. Türkiyə Ermənistan münasibətlərinin normallaşması Azərbaycanın faydasınadır. 30 ildir ,sərhədlərin qapalı olması xeyrimizə idisə, indi də münasibətlərin inkişafı üçün gərəklidir. Azərbaycan qələbəsini təmin edib, müəyyən problemlər var ki, onları da çözəcək. Bir neçə ildir ciddi şəkildə diplomatik savaş aparır”.
Qeyd edək ki, Ermənistanın Türkiyəyə humanitar yardım göndərməsi sayəsində ölkələr arasında sərhədlər açılıb. Bəzi ekspertlər sərhədlərin açılmasını Azərbaycan üçün təhlükə hesab edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou