
Türkiyə-İsrail münasibətlərinin QIZIL DÖVRÜ: İran özünü “ofsayd”a saldı
Yusif Nəzərli
10:34 14.02.2023
Siyasət
843
“Bu yaxınlaşmada İran amili də diqqətə alınmalıdır”
"Azərbaycan və Türkiyə İranla dil tapmağa çalışsa da, rəsmi Tehran bizim mövqeyimizə qarşı tamamilə zidd addımlar ataraq düşmənlərimizlə əməkdaşlıq edir”
“Hətta xəbərlər yayıldı ki, rəsmi Tehran Türkiyənin indiki vəziyyətindən yararlanaraq Azərbaycana qarşı təxribat törətmək niyyətindədir”
İsraili xarici işlər naziri Eli Kohen Türkiyəyə gedib. Bu barədə XİN başçısı "Twitter"də bildirib. "Mən Türkiyəyə türk xalqı ilə həmrəy olduğumu bildirmək üçün gəlmişəm. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm və Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracam. İsrail bu çətin zamanda Türkiyənin yanındadır və heyətimizin fəaliyyəti və humanitar fəaliyyətimizlə ona kömək etməyə davam edəcək", - deyə o, qeyd edib.

Türkiyə-İsrail münasibətlərinin qızıl dövrünün yaşandığını deyən siyasi şərhçi Rusif Məmmədsoy "Sherg.az"a bildirib ki, münasibətlərin bu səviyyəyə gəlməsində Azərbaycan tərəfinin xüsusi rolu olub:
"Azərbaycanla İsrail arasındakı əməkdaşlıq yüksək səviyyədə olsa da, Türkiyə üçün bunu demək mümkün deyildi. Yaxın vaxtlara qədər rəsmi Ankara və Təl-əviv arasındakı münasibətlər gərgin müstəvidə davam edirdi. Lakin bu gün Azərbaycanın da səyləri nəticəsində bu münasibətlər daha müsbət məcraya doğru gedir. Digər tərəfdən hər ili ölkə regionda biri-biri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Ümumiyyətlə, münasibətlərin pisləşməsi heç bir dövlətin maraqlarına xidmət etmirdi. Sadəcə olaraq bəzi fikir ayrılıqları vəziyyəti gərginləşdirirdi. Bu gün isə Türkiyə-İsrail münasibətlərinin qızıl dövrünü yaşayırıq".
Analitikin sözlərinə görə bu yaxınlaşmada İran amili də diqqətə alınmalıdır:
"Azərbaycan və Türkiyə İranla dil tapmağa çalışsa da, rəsmi Tehran bizim mövqeyimizə qarşı tamamilə zidd addımlar ataraq düşmənlərimizlə əməkdaşlıq edir. İsrailin də bu tandemin içərisində yer alması isə bizim üçün arzuolunandır. Bizi sionistlə əməkdaşlıqda ittiham edən Cənub qonşumuz, "şeytanla" dostluqdan belə çəkinmir. Hətta xəbərlər yayıldı ki, rəsmi Tehran Türkiyənin indiki vəziyyətindən yararlanaraq Azərbaycana qarşı təxribat törətmək niyyətindədir. Bir tərəfdə bizim "müsəlman qardaşımızın" əməlləri, digər tərəfdə isə hər zaman Türkiyə və Azərbaycanın yanında olan İsrailin mövqeyi. Yəni rəsmi Təl-əviv humanitar və siyasi dəstəyini əsirgəməyəcəyini hər zaman bildirib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual