Xankəndidə siyasi qarşıdurma gərginləşəcək
Yusif Nəzərli
13:42 18.02.2023
Siyasət
448
Kreml Araiklə Vardanyan arasında siyasi döyüşü izləmək istəyir
"Xankəndidə separatçıların “başçısı” Araik Arutyunyan “konstitusiya” dəyişikliyi ilə bağlı qərar qəbul edib. Hərbi vəziyyətdə separatçıların qondarma “prezidentini” “parlament” seçəcək". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik vurğulayıb ki, ilk baxışdan “ümumi razılaşma” prinsipinə söykənən bu addımın əslində Ruben Vardanyanı oyundankənar vəziyyətə salmağa hesablandığı görünür: "Çünki “seçkilər”dən sonra hökumət də yenidən formalaşdırılacaq və Ruben komandadan kənarda qala bilər. Rusların Vardanyan layihəsi təkcə Bakıya yox, həm də İrəvana qarşıdır. Ruslar Bakının erməni əhalisi ilə qurmaq istədiyi təmaslarda Vardanyanı “nümayəndə” kimi irəli çəkir. Bununla ABŞ-nin təşəbbüsünü ələ keçirir, eləcə də inteqrasiyanın qarşısını alır. Perspektivdə Vardanyanın “artsax döyüşçüsü” kimi Ermənistan siyasətinə transfer edilməsi planının olduğu da istisna deyil. Nikolun Rubenə qarşı sərt mövqeyi o deməkdir ki, İrəvan belə bir perspektivi görür. Yaxud təhlükə haqda məlumatlıdırlar. Rubenin erməni diasporu daxilində anti-Paşinyan mövqeyində olanlarla isti münasibətləri də bu riski artıran amillərdəndir. Bakı və İrəvanın mövqeyi Rubenin getməsi məsələsində üst-üstə düşür. Hərçənd, bu o demək deyil ki, ortaq addımlar var. Sadəcə olaraq, Laçın yolunda aksiyanın sülhməramlıların nəzarətindəki bölgədə yaratdığı situasiya Nikola bundan Vardanyanın əleyhinə istifadə imkanı verdi".
Ekspert diqqətə çatdırıb ki, Ruben dirəniş göstərəndə Paşinyan Araik üzərindən etdiyi ilk cəhddə yeni “seçkilər”lə onu prosesdən kənarlaşdırmaq istədi: "Lakin ruslar bunun qarşısını kəsdi. İndi “konstitusiya islahatları” adı ilə Vardanyanı uzaqlaşdırmaq üçün növbəti proses hazırlanır. Bu addımın Araik-Ruben cütlüyünün Moskvaya ayrı-ayrılıqda getməsi və geri qayıtmasından sonra baş verməsi təsadüfi deyil. Görünür, ruslar hər ikisinə müəyyən vədlər verməklə “qalib gəlmək” uğrunda siyasi döyüşü izləmək istəyir. Separatçılar arasında yarana biləcək xaos da sülhməramlıların “hakim” mövqeyini gücləndirir. Proseslər göstərir ki, Xankəndidə siyasi qarşıdurma gərginləşəcək. Bu qarşıdurma bizim maraqlarımıza uyğundur və Bakı “halqanı daraltmaq”la separatçılar üçün vəziyyəti daha da kəskinləşdirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə