Xaricdə daha bir siyasi təşkilatımız yarandı - IDIFA
15:53 27.04.2020
Siyasət
674
Mənzil qərargahı Polşanın Varşava şəhərində yerləşən IDIFA Sülh Naminə Hərəkatı təsis edilib.
Lent.az xəbər verir ki, hərəkatın əsas məqsədi dünyanın müxtəlif ölkərində Azərbaycanın milli maraqlarının müdafiəsi, Dağlıq Qarabağ həqiqətlərinin təbliğidir. Bu barədə açıqlama verən IDIFA-nın qurucularından biri, Polşa Azərbaycanlılar Birliyinin həmtəsisçisi Cavid Zeynalov deyib ki, bu məqsədlərin həyata keçirilməsi üçün hərəkat qarşısına bir sıra ciddi vəzifələr qoyub:
"Hərəkatımızın www.idifa.net adlı internet portalı vasitəsi ilə bu məqsəd və ideyalarımızın icrasına çalışacağıq.”
C.Zeynalov qeyd edib ki, Hərəkat Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 100-cü ildönümündə təsis edilməsi təsadüfi deyil və simvolik mahiyyət daşıyır: "IDIFA Hərəkatı olaraq biz Azərbaycan dövlətinin və onun müvafiq strukturlarının beynəlxalq müstəvidə ölkəmizin dövlət maraqlarının qorunması istiqamətindəki fəaliyyətini təqdir və dəstəkləyirik. Bir hərəkat olaraq, biz də daima Azərbaycanı təmsil etmənin yeni strateji yol və metodlarını axtararaq, bu siyasətə dəstək verməyə çalışacağıq".
C.Zeynalovun sözlərinə görə, artıq hərəkatın qarşıdakı bir il üçün tədbirlər planı hazırdır: "Hazırda əsas hədəflərimizdən biri dünyanın müxtəlif ölkələrində təşkil olunan nüfuzlu beynəlxalq konfranslarda Azərbaycanın yüksək səviyyədə təmsilçiliyi təmin etməkdir. Bundan başqa xarici jurnalistlərlə əməkdaşlıq edərək ölkəmizin təbliği naminə nüfuzlu KİV-lərdə materialların yayınlanmasına çalışacağıq. Beynəlxalq QHT-lər, akademik təsisatlar vasitəsi ilə ölkəmizin strateji maraqlarına və xarici siyasət prioritetlərinə uyğun tədbirlərin, konfransların, forumların təşkilini planlaşdırırıq.
Eyni zamanda Ermənistanın işğalçılıq siyasətinin ifşası məqsədi ilə müxtəlif ölkələrin parlamentariləri ilə əməkdaşlıq edərək, torpaqlarımızın işğalı faktına siyasi qiymət verilməsi işinə töhfə verməyə çalışacağıq. Şübhəsiz ki, bu fəaliyyəti həyata keçirərkən, nüfuzlu yerli və xarici vətəndaş cəmiyyəti institutları, diaspor təşkilatları, nüfuzlu ictimai-siyasi xadimlər, biznes strukturları ilə yaxından əməkdaşlıq edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə