
Zülm altında inildəyənlər: Azərbaycan dünyada ədalətin bərqərar olunmasına çalışır
Yusif Nəzərli
10:18 05.05.2024
Siyasət
415
Bakının Fransanın neokolonializm siyasətinə qarşı mübarizəsi ardıcıldır
Azərbaycan dövləti hətta böyük dövlətlərin edə bilmədiyi cəsarəti nümayiş etdirməyi bacarıb
Azərbaycan mötəbər tədbirlərin keçirilməsi üçün ənənəvi məkana çevrilib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nüfuzu beynəlxalq aləmdə günü-gündən artmaqdadır. Azərbaycanla müxtəlif sahələrdə də, o cümlədən dünyada baş verən siyasi, iqtisadi proseslərlə bağlı əməkdaşlıq etmək istəyən dövlətlərin, təşkilatların sayı günü-gündən artmaqdadır.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi və burada dövlət başçısı İlham Əliyevin iştirak edərək çıxış etməsi, eləcə də bir sıra dövlətlərdən səlahiyyətli şəxslərin iştirak etməsi bu tədbirin önəmini bir daha göstərir.
Prezident Forumda haqlı olaraq qeyd edib ki, Fransa Afrikada, dünyanın digər bölgələrində qanlı cinayətlər törədib, minlərlə insanın həyatına son qoyub: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda, bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”.
Politoloq Qabil Hüseynlinin “Sherg.az”a açıqlamasına görə, Azərbaycan Fransanın neokolonializm siyasətinə qarşı sərgilədiyi prinsipial mövqe, müstəmləkəçiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması, eləcə də fransız müstəmləkələrinin Fransanın zülmündən xilas edilməsi müstəvisində ardıcıl siyasət nümayiş etdirir:
“Paris Korsika adası, Yeni Kaledoniya və bir sıra digər yerlərdə neokolonializm siyasəti yürütməkdə davam edir. Fransa həmin ərazilərdə yaşayan yerli xalqların hüquqlarını tapdalayır, onların mədəniyyətini məhv edir. Belə bir vəziyyətdə son dövrlər Korsika və Yeni Kaledoniyanın yerli əhalisi arasında neokolonializmə qarşı azadlıq mübarizəsi də artmaqdadır. Hansı ki, onların bu mücadiləsinə Azərbaycan dövlətinin neokolonializmə qarşı apardığı ardıcıl mübarizəsi mühüm töhfə verib. Məhz son illər Azərbaycan dövlətinin səyləri nəticəsində bir sıra beynəlxalq təşkilatlarda, xüsusən də Qoşulmama Hərəkatında neokolonializmi pisləyən qətnamə və qərarlar qəbul edilib. Bu da ölkəmizin beynəlxalq münasibətlər sisteminin bütün istiqamətlərində beynəlxalq hüququn norma və prinsiplərini, fundamental insan hüquq və azadlıqlarını bütün digər aspektlərdən üstün tutduğunu təsdiqləyir”.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan dövləti hətta bir sıra böyük dövlətlərin edə bilmədiyinə cəsarət edərək, neokolonializm siyasətinə qarşı mübarizə açmaqla dünyanın diqqətini özünə cəlb etməyi bacarıb:
“Fransa həqiqətləri tamamilə haqlı və ədalətli bir şəkildə beynəlxalq gündəliyə daşıyanlara qarşı bütün resurslarından istifadə edərək diskriminasiya siyasəti yürüdür. Şübhəsiz ki, bütün bunlar özünü “qlobal güc” kimi göstərmək üçün uğursuz manevrlərini davam etdirən Fransanın neomüstəmləkəçi siyasətinin ifşa olunmasına maneə yarada bilməz. Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq, Azərbaycan üçün ədalət bütöv, kompleks anlayışıdır və heç bir halda ayrı-ayrı dövlətlərin, xalqların maraqları kontekstindən şərh olunmamalıdır. Özünə münasibətdə ədaləti öz gücü və iradəsi bahasına təmin edən Azərbaycan müstəmləkəçiliyin boyunduruğundan xilas olmağa çalışan xalqlara öz dəstəyini verməklə, bütün dünyada ədalətin bərqərar olunmasına çalışdığını, yalnız öz maraqlarından çıxış etmədiyini göstərir. Azərbaycan Prezidenti Fransanın neokolonializm siyasətindən əziyyət çəkən xalqların müdafiəsinə qalxmaqla həmin xalqlar üçün bir xilaskar rolunu oynadı, onları müstəmləkəçiliyə qarşı yeni mübarizəyə ruhlandırdı. Azərbaycan Prezidentinin bu istiqamətdə sərgilədiyi mövqe dünyanın bir daha bu məsələyə diqqət yetirməli və neokolonializmə birdəfəlik son qoyulmasının vacibliyini ortaya qoyur. Belə bir humanist addımın arxasınca gəlmək artıq digər dövlətlər və onların liderlərinin vicdan borcudur. Ancaq bunun üçün onlar özlərində cəsarət və ləyaqət tapmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya
Hikmət Hacıyev Niklas Vaqnerlə görüşdü
16:41 13.04.2026
Gündəm
Xəzər dənizində monitorinq və nəzarət tədbirləri keçirilib
16:39 13.04.2026
İqtisadiyyat
“Sadə ermənilər artıq müharibə istəmir” - Asəf Quliyev
16:36 13.04.2026
Gündəm