Dərman probleminin yaranması gözlənilən idi
Yusif Nəzərli
10:49 18.01.2023
Sağlamlıq
601
Azərbaycanda da bununla bağlı narahatlıq özünü göstərir
Yoluxucu xəstəliklərin sayının artması fonunda dünyada dərman çatışmazlığı müşahidə olunur. İranda 170-dən çox adda dərman preparatı çatışmazlığı yaranıb. Dərmanların qiymətinin bahalaşması və qıtlığı səbəbindən pasiyentlər ciddi problemlə üzləşib. Müşahidə olunan soyuq hava şəraiti ölkənin müxtəlif bölgələrində mövsümi xəstəliklərə yoluxma hallarını artırıb. Bu isə müəyyən dərman preparatlarına olan tələbatı kəskin artırıb.
Fransada da dərman qıtlığı yaşanır. Ölkədə amoksisilin, ağrıkəsici və qızdırmasalıcı kimi dərmanları tapmaq çətinləşib. Dərmanların təminatında problem yaşayan əczaçılar keçən ilin sonundan etibarən təslimat gözləyirlər. Fransa hökuməti isə yaşanan dərman qıtlığını Çində koronavirusun şiddətlənməsinə görə parasetamol və amoksisilin maddəli dərmanların çox istifadə olunması ilə əlaqələndirir.
Bəzi ABŞ və Avropa əczaçıları parasetamol kimi ümumi ağrıkəsicilərin çatışmazlığının olduğunu elan ediblər. Buna səbəb qrip, respirator sinsitial virus və koronavirusun qış dalğası fonunda onlara tələbatın artması olub. Bütün bunların fonunda vərəm, dəri infeksiyaları kimi xəstəliklərin müalicəsi üçün dərman çatışmazlığı da müşahidə olunur.
Səhiyyə mütəxəssisləri isə bildirib ki, dərman istehsalçıları koronavirus pandemiyası zamanı antibiotiklərə tələbatın azalması və tədarük zəncirlərində ciddi gərginlik səbəbindən istehsal həcmini azaldıblar. Həmçinin əczaçılıq şirkətləri tədarük və tənzimləyici məhdudiyyətlər səbəbindən istehsalı artıra bilmir. Məqalədə qeyd edilib ki, xüsusən də antibiotiklərin istehsalı üçün komponentlərin əldə edilməsində çətinliklər var. Enerji qiymətlərinin artması da istehsal müəssisələrinin mənfəətinin azalmasına səbəb olur.
Qeyd edək ki, son aylar ölkəmizdə də bəzi dərman preparatlarının çatışmazlığı ilə bağlı şikayətlər artıb. Xüsusilə uşaqlar üçün qızdırma salan preparatların, siropların tapılmaması narazılıq yaradır. Kəskin respirator virusların yayıldığı zamanda bu cür sıxıntının yaranması vətəndaşların haqlı narazılığına səbəb olur.
"Əczaçılar Klubu" İctimai Birliyinin sədri Şövqi Bünyatovun sözlərinə görə, qiymət uyğunsuzluğundan şirkətlərin əksəriyyəti illərlə idxal etdikləri məhsulları gətirə bilmirlər ki, bu da çox sayda dərmanların bazardan ümumiyyətlə çıxmasına səbəb olur, nəticədə ümumilikdə dərman çeşidinin azalması müşahidə olunur:
“Hazırda vəziyyətdən çıxmaq üçün qiymət siyasətinə yenidən baxılmalıdır. İdxalçı şirkətlər pul qazanmalıdırlar ki, bu bizneslə də məşğul olsunlar. Alış qiyməti burdakı satış qiymətini üstələyirsə, həmin məhsulların bazarda olmasını düşünmək absurddur. Əgər iş adamlarına idxal üçün güzəştli şərait yaradılarsa, hansı ki, bu olmalıdır, ümumi işin xeyrinə böyük kömək olardı. Dərman sektorunun strateji sahə olduğunu unutmamalıyıq. Dərmanların qiymətinə nəzarət mexanizmi operativ və mobil olmalıdır, yəni dünyada həm xammalın, həm loqistik və digər amillərin qiymətlərinin təsirləri vaxtında öyrənilməli və ölkədaxili bazara tətbiq edilməlidir“.
Yerli istehsalda arzuolunan nəticəyə çatmağın uzun vaxt tələb edən bir proses olduğunu vurğulayan İB sədrinin fikrincə, buna rəğmən bir yerdən başlamaq lazımdır:
“Ölkəyə xarici istehsalçı şirkətlərin gəlməsi mütləqdir. Bu şirkətlər dərman istehsal etməklə müəyyən qədər daxili tələbatı ödəmiş olurlar, büdcəyə vergi verirlər, çoxlu iş yerləri açılır və artıq məhsullar hətta ixrac da olunur. Bu kimi şirkətlər çoxdur, sadəcə onları dəvət etmək və işlərini qurmaq üçün şərait yaratmaq lazımdır”.
Professor, həkim Adil Qeybulla isə problemin səbəbini COVID pandemiyası zamanı bu pereparatdan çox istifadə edilməsi ilə əlaqələndirib. Bu barədə “Şərq”ə danışan ekspertin fikrincə, adambaşına düşən antibiotik istehlakına görə bu problemin yaranması gözlənilən idi:
"Bu məsələnin kökü Rusiya-Ukrayna müharibəsinə dayanır. Hazırda Ukraynanın özündə əczaçılıq təchizatının infrastrukturu tamamilə dağıldığına görə ayrı-ayrı ölkələrdə də dərman maddələrinin qıtlığı yaranıb. Hətta Avropanın inkişaf etmiş ölkələrində belə bu problem dərinləşib. Müharibə iqtisadiyyata və dərman istehsalına təsir edib. Təkcə antibiotik deyil, xeyli dərman preparatlarının və bəzi qida maddələrinin yoxa çıxması nəzərə çarpır. Təbii ki, Azərbaycanda da bununla bağlı narahatlıq özünü göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə