
Regionlarda saxta pullar! - "Diqqətli olmaq lazımdır"
Yusif Nəzərli
14:13 05.06.2023
Cəmiyyət
1243
"Saxta pulları bilərəkdən və ya bilməyərəkdən dövriyyəyə buraxan, hansısa əməliyyatı həyata keçirən istənilən fiziki və ya hüquqi şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Bunu"Sherg.az"a iqtisadçı Fuad İbrahimov Milli Məclisdə regionlarımızın ticarət şəbəkəsində saxta pulların istifadəsi ilə bağlı məsələ qaldırılmasından danışarkən deyib. Onun sözlərinə görə, saxta pulların istifadəsi iqtisadi cinayətkarlıq, sabotajdır:

"Diqqətli olmaq lazımdır. İstər bizim, istərsə də digər ölkələrin əsginaslarının xüsusi nişanları var. Pulu işığa tutanda, ona əllə təmas edəndə nişanlar görünür və bilinir. Kiminsə başına belə bir hadisə gəldikdə pulun dövriyyəsini davam etdirmək qadağandır. Bu, cinayət işidir. Ona görə də dərhal hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır".
Qeyd edək ki, Milli Məclisdə Azərbaycan regionlarında ticarət şəbəkəsində saxta pulların istifadəsi ilə bağlı məsələ qaldırılıb. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Ziyad Səmədzadə danışıb:
"Bu yaxınlarda mən bir məsələnin şahidi oldum, istədim Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova müraciət edim. Rayonların birində bir neçə yerdə mağazalarda ayrıca bölmə var ki, saxta pulların buraxılması ilə məşğuldurlar. Rayonda nəvəmə alış-veriş üçün 20 manat verdim, pulun qalığı kimi 450 manat qaytardılar. Pulların üstünə baxanda gördüm ki, "etibarsızdır" yazılıb. Gənclər, uşaqlar var, onlar aldana bilirlər. Bunlara nəzarət olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya