Akif Aşırlı ADA Universitetinin rektoru Hafiz Paşayevə minnətdarlıq edib
10:31 07.08.2023
Gündəm
589
"Qazax tarixən maarifçiliyin beşiyi olub. Yerləşdiyi coğrafiya, insanların elmə marağı, folklora, aşıq sənətinə bağlılığı, açıqfikirliliyi bu bölgəni həmişə fərqləndirib".
Bu barədə "Şərq" qəzetinin baş redaktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlı deyib.
Baş redaktor bildirib ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 1918-ci ilin sentyabrında Qazaxa köçürülməsini təhsil, elm tariximizdə xüsusi mərhələ hesab etmək olar:
"Bu seminariyanın məzunları Azərbaycanın hər bir bölgəsinə özləri ilə bərabər ziya payı aparıb. Bu möhtəşəm missiyanın mərkəzi olan Qazax Müəllimlər Seminariyasının binasının tam yararsız halı hamını incidirdi, ağrıdırdı. Hətta binanın tam sökülməsini istəyənlər də var idi. Çünki yerləşdiyi ərazi bahalı hesab olunurdu. Satıb yaxşı pul qazanmaq havasında olanlar gecə-gündüz xəyallar belə qururdu. Nə yaxşı ki, bu ölkənin dəyərli ziyalıları var. Nənəsindən qalma Azərbaycanın qədim ilməli xalçasını almaq istəyən əcnəbiyə "itə ataram, yada satmaram" kəlamını yazan Mir Cəlal Paşayevin övladı, ADA Universitetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasını qorudu. Bununla Azərbaycan maarifcilik ənənələrini təhsil dəllallarından qorudu və gələcək nəslə ötürdü. Orta məktəbdə Qazax Müəllimlər Seminariyasının son mogikanlarından taleyinə bir damla pay düşən bir qələm insanı olaraq hörmətli maarifçimiz Hafiz Paşayevə minnətdarlığımı bildirirəm. Var olun!".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib. Səfər zamanı dövlət başçısı Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya