Erməni əsgərlər Rusiyaya qarşı vuruşacaq – Ayvazyan
Yusif Sultanoğlu
06:44 01.12.2023
Siyasət
552
Belə davam edərsə, Rusiya ilə münaqişədə erməni zabit və əsgərlərin meydana çıxmasına təəccüblənməməliyik. Çünki Qərb və NATO Rusiyaya qarşı döyüşmək istəmir. Deyirlər, biz niyə Rusiyaya qarşı vuruşmalıyıq, qoy başqa millətlər vuruşsun.
Axar.az xəbər verir ki, bunu Ermənistanın “Luys” analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib.
“Bilirsiniz, Fransa gəlib erməniləri müdafiə etməyi ləyaqətinə sığışdırmır. Deyirlər ki, ermənilər kimdir ki, bir fransız əsgər onun üçün həyatını təhlükəyə atsın? Çünki Qərb üçün başqa xalqlar ikinci və ya üçüncü dərəcəlidir. Bunlar müstəmləkəçi dövlətlərdir. Ona görə də nə amerikalı, nə ingilis, nə fransız gəlib ermənilər üçün qan tökməyi, ermənilərin naminə həyatını təhlükəyə atmağı şərəf sayır. Üstəlik, NATO-da qalibin olmayacağını bildikləri üçün Rusiyaya qarşı döyüşmək istəmədiklərini deyirlər. Bildirirlər ki, ukraynalılar, ermənilər, gürcülər, azərbaycanlılar, qazaxlar getsin döyüşsün. Məhz bu məqsədlə Qərb Rusiyanın ətrafında müxtəlif ölkələrin xalqlarını hazırlayır, həvəsləndirirlər ki, Rusiyaya qarşı müharibədə onlardan istifadə etsinlər”, - o bildirib.
Ayvazyan qeyd edib ki, Paşinyanın Rusiyaya qarşı demarşları baha başa gələcək:
“Paşinyanın Aİİ iclasında iştirak etməməsinə gəlincə: “Yuxarı Lars”da yük maşınlarının sıxlığını görürsünüzmü? Rusiya belə hərəkət edir, yəni digər ölkələrlə qarşılıqlılıq əsasında əməkdaşlıq edir. Xatırladım ki, Rusiya Dövlət Duması bu yaxınlarda erməni sürücülərin hüquqlarını tanıyan qanun layihəsini qəbul etməmişdi. Çünki Ermənistan parlamenti qanunla rus dilinə status verəcəyini vəd edib və bu vədi yerinə yetirməyib. Rusiyanın bu addımı erməni əleyhinə deyil. Rusiyaya qarşı eyni şeyi edən istənilən ölkə cavab alacaq. “Yuxarı Lars”a gəlincə, sizə deyim ki, 2013-2014-cü illərdən başlayaraq uzun müddət Rusiyaya ixrac etdiyimiz məhsullarımız, yumşaq desək, təhlükəsizlik qaydalarına, Rusiya qanunlarına və standartlarına uyğun gəlmirdi. Lakin Rusiya siyasi qərar verib, biz onların müttəfiqiyik deyib, bu pozuntulara göz yumub. İndi, görünür, Rusiya sadəcə olaraq daha obyektiv işləməyə başlayıb. Odur ki, Paşinyan KTMT-yə qarşı oxşar addımları davam etdirə, antirusiya aksiyalarını maliyyələşdirsə və eyni zamanda Aİİ-nin bütün imkan və üstünlüklərindən istifadə edə biləcəyini düşünürsə, dərindən yanılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə