Ağdərədə ilk körpə dünyaya gəldi
Yusif Nəzərli
14:45 25.06.2025
Cəmiyyət
515
İşğaldan azad edildikdən sonra Ağdərə rayonunun Suqovuşan kəndində 32 ildən sonra ilk körpə dünyaya gəlib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, Ağdərə rayon Baş Güneypəyə kəndində qeydiyyatda olan, 2005- ci il təvəllüdlü Qurbanzadə Pərvanə İsgəndər qızının dünyaya gətirdiyi uşaq qız övladıdır.
Suqovuşan kəndində dünyaya göz açan körpəyə Asiya adını veriblər.
Hazırda Tibbi heyət tərəfindən ana və Yeni doğulmuş uşaq (qız) müvafiq tibb müəssisəsinə təxliyə olunub. Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, 700qr., boyu 49 sm. olan körpənin müalicəsi davam etdirilir. Körpənin də vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, körpənin atası Mahir Qurbanzadə müharibə iştirakçısıdır. M.Qurbanzadə 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış istiqamətdə gedən ağır döyüşlərdə iştirak edərək müharibə iştirakçısı medalı ilə təltif olunub.
Qurbanzadə ailəsi bir müddət öncə Suqovuşan kəndində yaşayan yaxın qohumları evinə qonaq gəliblər. Körpə də həmin vaxt dünyaya gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət