Parlamentdə fikir ayrılığı yarandı
20:01 21.06.2025
Gündəm
666
Naxçıvanın muxtariyyət statusu ilə bağlı geniş müzakirələrə başlanmalıdır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinə istinadın çıxarılması çox müsbət haldır. Bunu Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib. O deyib ki, Naxçıvanın muxtariyyət statusu ilə bağlı geniş müzakirələrə başlanmalıdır: “Geniş ictimaiyyət müzakirələrə başlasın ki, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac var, ya yox? Naxçıvan balaca yerdir.
Əvvəllər hardasa başa düşmək olardı. İndi isə İran üzərindən qısa yol çəkilir, tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Bu baxımdan Naxçıvanda muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır. Bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra etmək olar. Konstitusiyamızda Naxçıvanla bağlı müddəalar qala-qala, Naxçıvan Konstitusiyasına dəyişiklik edirik. Düşünürəm ki, bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişikliklərdən sonra etməli idik”.
Deputat Elman Nəsirov isə qeyd edib ki, muxtariyyətlə bağlı məsələ bu layihənin predmeti deyil:
“Bu layihədə konkret əlavə edilən iki yeni maddə və bir çox dəyişikliklər əhatə olunub. Bu layihə ilə Azərbaycanın unitar dövlət kimi möhkəmlənməsi baxımından yeni pəncərələr açılır”.
Deputat Eldar İbrahimov bildirib ki, Naxçıvanın muxtariyyət statusu hələlik saxlanmalıdır.
Parlament sədrinin müavini Ziyafət Əsgərov bu dəyişikliklərə çox böyük tarixi zərurət olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan Konstitusiyasında olduğu kimi, Naxçıvanın Konstitusiyasında da hakimiyyətin bölgüsü prinsipi var:
“Amma Naxçıvanda buna əməl edilmirdi. Dəyişiklikdən sonra buna əməl olunacaq. İkincisi, Naxçıvan Azərbaycanın əsas hissəsindən kənar düşüb, burada operativ idarəetməni təmin etmək lazımdır. Prezidentin səlahiyyətli nümayəndəsinin statusu Konstitusiyada təsbit olunmalıdır. Qüdrət Həsənquliyev yenə və dəfələrlə Naxçıvanın muxtariyyətinin ləğvi məsələsini qaldırır. 1990-cı ildə Naxçıvanın muxtariyyətinin ləğvi məsələsini qaldırdınız, xaos baş verdi. Yaxşı ki, Heydər Əliyev gəldi, onun sayəsində Naxçıvanın əraziləri bizdə qaldı. Naxçıvanın muxtariyyəti Ulu Öndər demişkən, bizim tarixi nailiyyətimizdir. Bu gün Naxçıvanın ərazi itirməməsinin səbəblərindən biri də onun muxtariyyət statusudur. 1992-ci ildə Naxçıvan nə gündə idi? Ulu Öndər onun muxtariyyət statusundan istifadə edərək, işğalının qarşısını aldı”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Naxçıvana muxtar diyar, daha sonra respublika statusunun verilməsi xalqımızın son 100 ildə yaşadığı ağır tale ilə birbaşa bağlıdır:
“Torpaqlarımızın itirilməsi, Qərbi Zəngəzurun Ermənistanı qurmaq üçün ona təslim edilməsi nəticəsində Naxçıvanın coğrafi ayrılığı nəticəsində belə bir hüquqi-siyasi və ictimai gerçəklik meydana çıxdı. Lakin son 100 ildə həmin status Naxçıvanın qorunmasına, hüquqi və siyasi subyekt və Azərbaycanın ayrılmaz hissəsi kimi formalaşmasına, mədəni-sosial və iqtisadi həyatı ilə bərabər təhlükəsizliyinin təmin olunmasına imkan verdi. Xüsusilə, Qars müqaviləsinin üzərində dayandığı təməllər məhz həmin ayrı düşmənin qarşısında duran ən mühüm dayaqlardan birinə çevrildi. Sovetlər birliyinin ərazi və etnik-milli mənsubiyyət amilinə görə müəyyənləşdirdiyi muxtariyyət statusu faktiki olaraq, nə qədər ideoloji maraqlara xidmət edirdisə də, indiki halda Naxçıvanın Azərbaycanın tərkibində üstün idarəetmə subyekti kimi səlahiyyətlər qazanması sonrakı illərdə ucqar diyarı qorumağa yol açdı. Status və Konstitusiya hesabına torpağı qorumaq nümunəsi, müdafiəsini təşkil etməsi Heydər Əliyevin liderliyi ilə öz təntənəsini tapdı”.
Zahid Oruc nəzərə çatdırıb ki, artıq Zəfərdən sonra ölkəmizdə yeni hüquqi şərait formalaşıb:
“Naxçıvanın inkişafı üçün operativ və birbaşa idarəçiliyi bərqərar etmək üçün konstitusion islahatları millətimiz də müdafiə edir. Çünki sənəd gələcəkdə Naxçıvanda kadr quruculuğuna və çevik qərarların qəbuluna yol açır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya