Məleykə Əsədova təltif olunmasına münasibət bildirdi
09:25 30.10.2019
Şou
1059
Sənət insanlarına olan münasibət və diqqət biz aktyorlara çox böyük ruh verir.
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Məleykə Əsədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinə münasibət bildirərkən deyib.
“Sənət insanlarına və teatr fədakarlarına qayğı və diqqət göstərdiyinə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyinin keçirilməsinə qərar verdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm.
Ümumiyyətlə, teatr canlı sənət, səviyyə və məktəbdir. Prezidentimiz bütün sənət insanlarına bu qədər diqqət və qayğı göstərir.
Ad alan həmkarlarımı təbrik edirəm. Biz aktyorlar həmişə alqış, çiçəklər və sənətimizə olan diqqətlə daha da ruhlanırıq. Səhnədə yeni-yeni obrazlar yaratmağa ürəkdən can atırıq. Çünki aktyorlar fədakardır. Prezidentimizə təşəkkür edirəm. Allah onu var eləsin”, - deyə Xalq artisti bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Bəsti Cəfərova, Məleykə Əsədova, Laləzar Mustafayeva və Ramiz Novruz “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm