"Neylərəm" - Xumar Qədimova yeni klipini təqdim etdi - VİDEO
15:18 01.11.2019
Şou
1252
Noyabrın 1-də "Azərkitab” Kitab Təbliğatı Mərkəzində Əməkdar artist Xumar Qədimovanın Nəsiminin 650 illiyinə həsr olunmuş "Neylərəm" klipinin təqdimatı keçirilib. APA -nın məlumatına görə, tədbirdə deputatlar Aqil Abbas, Əflatun Amaşov, Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
X. Qədimova onun yaradıcılığında klassiklərin hər zaman xüsusi yeri olduğunu bildirib: "Neylərəm" qəzəli mənim illərdir sevdiyim qəzəl idi. Ümumiyyətlə, Nəsimi ruhu, Nəsimi fəlsəfəsi mənə çox yaxındır. Əslində, Məhəmməd Hüseyn Şəhriyarın "Yar qasidi" şeiri üzərində işləyirdim. Amma bu il ölkə başçısı tərəfindən "Nəsimi İli" elan olunması bizim Nəsimiylə bağlı planlarımızı tezləşdirdi. Düşünürəm ki, çox möhtəşəm əsər ortaya qoya bildik".
Əməkdar artist əsərin internetə yerləşdirildiyi andan böyük marağa səbəb olduğunu qeyd edib: "Bu təqdimatın keçirilməsinə gərək görməsəm də, dəyərli ədəbiyyat adamları, millət vəkilləri belə məsləhət gördülər ki, keçirmək lazımdır. Buna görə hər kəsə təşəkkür edirəm".
X.Qədimova Nəsiminin 650 illik yubileyi münasibəti ilə həmkarlarının hazırladıqları digər mahnılara münasibət bildirərək deyib ki, "Nəsimi İli"nə möhürü məhz "Neylərəm" layihəsi vurub".
Yazıçılar Birliyinin katibi, şair Rəşad Məcid təqdimat keçirmək təklifinin Əflatun Amaşovdan gəldiyini söyləyib.
Ə. Amaşov isə təqdim olunan layihəni Nəsiminin yubileyinə ən yaxşı töhfə kimi dəyərləndirib: "Rəşad Məcid sosial şəbəkədə "Neylərəm" klipini paylaşmışdı. Mən Xumar xanımın yaradıcılığını izləyən biri kimi bu klipi də çox bəyəndim. Məncə, Nəsiminin 650 illik yubileyinə ən yaxşı töhfə məhz bu layihədir. Öyrəndim ki, klipin təqdimatı olmayıb. Ona görə də təqdimat keçirilməsini təklif etdim”.
Xalq şairi Ramiz Rövşən Xumar Qədimovanın musiqisinin Nəsimi ruhuna doğmalığından bəhs edib: "Nəsimi Şərqin böyük şairidir. Nəsimi sözün ucalığı, insan ruhunun təntənəsi deməkdir. Xumar xanımın ifasında ruhların vəhdəti var. Musiqi Nəsimi ruhunu ifadə edib. İfa da çox gözəldir".
Sonra Xalq şairi Nəriman Həsənzadə, millət vəkili Aqil Abbas və başqaları çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm