Üz estetikası etdirən Didem Ceran təhdid olunur

  • Üzünün bir hissəsinin iflic qalma riski var, danışmaqda və yemək yeməkdə çətinlik çəkir

"Survivor" yarışması ilə tanınan Didem Ceran Cənubi Koreyada keçirdiyi üz əməliyyatından sonra bu dəfə yaxın çevrəsindən təhdid aldığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Ceran sosial şəbəkə hesabında paylaşdığı açıqlamada üzünün bir hissəsinin iflic qalma riski olduğunu, danışmaqda və yemək yeməkdə çətinlik çəkdiyini bildirib.

O, yaxınlarından birinin gecə saatlarında zəng edərək ondan pul tələb etdiyini və "Evinə gələcəyəm" deyə hədələdiyini iddia edib.

Ceran həmçinin əməliyyatdan sonra müalicə aldığı klinikanın ona pis münasibət göstərdiyini, narkozun təsiri altında olarkən isə "köləlik müqaviləsi" adlandırdığı sənədi imzalatdıqlarını irəli sürüb.