Nazir müavini: 2028-ci ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 30%-i ötəcək
12:38 14.05.2025
İqtisadiyyat
465
"Son iki ildə Azərbaycanda enerji, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində dörd mühüm qanun qəbul olunub. Hazırda üç yeni qanun layihəsi üzərində- istilik, qaz təchizatı və tənzimləyici orqanla bağlı qanun layihələri üzərində iş aparılır".
“APA-Economics” xəbər verir ki, bunu Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində energetika nazirinin müavini Elnur Soltanov deyib.
O, xüsusilə istilik təchizatı haqqında qanunun əhəmiyyətini vurğulayıb: “Bu sahədə əsas diqqət mərkəzləşdirilmiş istilik sistemlərinin inkişafına və yüksək səmərəlilik təmin edən istilik nasosları kimi müasir texnologiyaların tətbiqinə yönəlib”.
E. Sultanov hazırlanmaqda olan “Tənzimləyici haqqında” qanunun ölkədə real bazar tariflərinin formalaşmasında mühüm rol oynayacağını bildirib. Bu, enerji sektorunda şəffaf və dayanıqlı idarəetmənin təşviqinə xidmət edəcək.
Nazir müavini qeyd edib ki, 2028-ci ilədək Azərbaycanda bərpa olunan enerji mənbələrinin payı 30%-i ötəcək. Bu sahədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi xüsusi rol oynayır.
Qeyd edilib ki, Azərbaycanda fərdi və aktiv istehlakçılar artıq 150 kilovatadək günəş panelləri quraşdıra və enerji alqı-satqısı həyata keçirə bilirlər. Bu modelin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Elnur Soltanov vurğulayıb ki, enerji səmərəliliyi sahəsi Azərbaycanda yeni və strateji əhəmiyyətli istiqamət kimi ön plana çıxır. Bu sahədə binaların və məişət avadanlıqlarının sertifikatlaşdırılması ilə bağlı 12-yə yaxın normativ sənəd hazırlanır.
“Enerji səmərəliliyi fondu artıq yaradılıb və bu fondun maliyyə dayanıqlılığı fosil yanacaqlardan əldə edilən vergilər hesabına təmin olunur. Sovet dövründən miras qalmış binaların enerji baxımından qeyri-səmərəli olması bu sahədə böyük potensial yaradıb. Bu sahə demək olar ki, toxunulmamış sahədir və böyük imkanlar vəd edir”, – deyə o, əlavə edib.
Sonda qeyd olunub ki, yaxın aylarda Energetika Nazirliyi enerji səmərəliliyi ilə bağlı daha çox təşəbbüslərlə çıxış edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm