Vitali Arkov: “Bakının danışıqlar aparmağına gərək yoxdur, o, əmr verməlidir”
Yusif Nəzərli
08:00 16.01.2023
Siyasət
534
“Niyə görə Bakı Qarabağla danışıqlar aparmalıdır? De-yure bu Azərbaycan ərazisidir. Bakının danışıqlar aparmağına gərək yoxdur, o, əmr verməlidir. Xankəndidəki hazırkı erməni “rəhbər”lər Bakıya tabe olmalıdırlar. Azərbaycan ona formal olaraq tabe olan insanlarla istənilən söhbəti, sadəcə, əmr qaydasında aparmalıdır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib.
Rusiyalı ekspert Qarabağa ezam olunmuş milyarder Ruben Vardanyanın Bakı ilə “paritet əsasda” danışıqlara hazır olduğuna dair bəyanatını isə belə şərh edib:
“Bu tamamilə absurddur. De-fakto və bu aşkar faktdır ki, Qarabağın bir hissəsi Ermənistanın nəzarətindədir, axı o bu qurumu maliyyələşdirir. Lakin de-yure bu, Azərbaycan ərazisidir. Ona görə də Bakı Ermənistanla danışıqlar aparır, lakin bu danışıqlar heç bir halda Xankəndi ilə aparılmır. Ruben Vardanyan da digər şərti “lider” və “prezident”lər kimi Bakı üçün heç kimdir. Bütün bu adamlar Azərbaycanın razılığı olmadan orada peyda olublar. Bakı yaxşı bilir ki, hazırda əksəriyyətinin erməni əsilli şəxslər olduğu bu zonada yerli rəhbərlik ermənilərdən ibarət olacaq. Amma axı siz bu təyinatı Azərbaycanla razılaşdırmaq istiqamətində fəaliyyətə başlamalısınız. Bu zaman artıq danışıq aparmağa da kimsə olacaq. Amma bu baş vermir”.
Vitali Arkovun Ermənistanın hər il öz büdcəsindən Qarabağdakı erməni separatçılara rəsmi olaraq 400 milyon dollara yaxın vəsait ayırırmasına da münasibət bildirib:
“Hələ bu pulların nə qədəri İrəvanda oğurlanır (gülür - red.). Eyni zamanda, Ermənistan özü də Qarabağı “müstəqil dövlət” kimi tanımayıb. Paşinyan tez-tez deyir ki, Qarabağ Azərbaycan ərazisidir. Amma eyni zamanda Ermənistan hakimiyyəti və müxalifəti “Artsax”dan danışır (qondarma rejimə qoyulan ad - red.). Onların hamısı özlərinə zidd hərəkət edir. Ermənistanın siyasətinin əsas fərqləndirici xüsusiyyəti, xüsusilə Paşinyan dövründə, yalan oldu. Paşinyan İlham Əliyev və Vladimir Putinlə görüşdə bir şeyi deyir, Brüsseldə - fərqli bir məsələni, İrəvanda isə tam başqa bir şeyi deyir. O, özü özünü inkar edir və onun nə zaman həqiqəti danışdığını başa düşmək çətindir. Bütün bu açıqlamalar böyük bir oyundur. Onlar Rusiyanı münaqişəyə sürükləmək və ya onu günahkar çıxarmağa çalışırlar. Ermənistan baş nazirinin sülhməramlılar qismində başqa ölkələrin - Fransanın və sair dövlətlərin nümayəndələrinin dəvət edilməli olduğu barədə bəyanatını xatırlayın. Bakı bunu dərhal rədd etdi. Bu onu deməyə əsas verir ki, sülh prosesi (Ermənistan tərəfindən - red.) uzadılır. Ermənistanın indiki rəhbərliyinə Azərbaycanla sülh lazım deyil, rəsmi İrəvan vəziyyəti gərginləşdirir”.
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm