Qarabağ ermənilərinin acınacaqlı vəziyyətinə yalnız Bakı son qoya bilər - Şərh
Yusif Nəzərli
13:43 06.08.2023
Aktual
460
"Prezident İlham Əliyev vurğuladı ki, Qarabağdakı ermənilər separatçı rejimin “lider”lərinin arxasınca getməməlidirlər. Çünki o “lider”lər mülki ermənilərə daim yalan danışıblar və onları manipulyasiyanın girovuna çeviriblər".
Bu sözləri "Sherg.az"a Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, danılmaz həqiqətdir ki, Qarabağda yaşayan ermənilərin acınacaqlı vəziyyətinə yalnız Bakı son qoya bilər:
"Onları separatçı quldur rejimin əsarətindən qurtarmaq missiyası da nə İrəvanın, nədəki Rusiyanın müvəqqəti sülhməramlı kontingentinin üzərinə düşür. Bu missiyanı da Bakı həyata keçirəcək. Məhz buna görə də dövlət başçısı İlham Əliyev Qarabağdakı erməni icmasını həm yeni reallıqlarla hesablaşmağa çağırdı. Həm də onlara bizim vətəndaşlarımız olaraq reinteqrasiya nəticəsində əldə edəcəkləri imkanları xatırlatdı. Prezident nəyə görə açıq və konkret mətnlə ismarıc yolladı? Çünki sözügedən məqamlar - təhlükəsizlik təminatları, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları və s. bu gün Qarabağdakı mülki ermənilərin sıx-sıx müzakirə etdikləri məsələlərdir. Dövlət başçısı Xankəndidəki real vəziyyəti də, oradakı mülki ermənilərin ovqatını da və onları narahat edən məsələləri də yaxşı bilir. Ermənilər də öz növbəsində ölkə rəhbəri İlham Əliyevin ismarıcını düzgün dəyərləndirməlidirlər. Qarabağın erməni icması Xankəndidəki separatçı “lider”lərin qızışdırıcı çağırışlarına uyaraq beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalı və reinteqrasiyadan boyun qaçırmamalıdır".
Analitik qeyd edib ki, bu mənada, indi Qarabağdakı ermənilərin iki yolu var:
"Ya Bakının reinteqrasiya təklifini qəbul etməlidirlər, ya da ərazimizdə qeyri-qanuni yaşamaq praktikasına son qoyub ölkəmizin hüdudlarından çıxmalıdırlar. Bəli, seçim variantları bu qədər konkretdir. Üçüncü seçim variantı yoxdur və ola da bilməz. Azərbaycanın yerli idarəetməsini qəbul etməyən ermənilərə heç bir güzəşt olunmayacaq. Bu, dünya təcrübəsində də belədir. Heç bir hökumət separatçıların nazıyla oynamır. Bu gün Azərbaycan dövləti də, Azərbaycan cəmiyyəti də ermənilərin reinteqrasiyasına açıqdırsa, bu, Azərbaycan tərəfinin humanizmini göstərir. Ümumiyyətlə, “Euronews” televiziyasına müsahibədə səsləndirilən mesajların məzmunu onu göstərir ki, Azərbaycan Prezidenti ermənilərin bizim cəmiyyətimizə reinteqrasiyasının insidentsiz, problemsiz baş tutacağına inanır. Çünki bu istiqamətdə ilkin təcrübələr də pozitiv düşünməyimizə əsas verir. Ermənilərin reinteqrasiya ilə bağlı narahatçılıqları üçün heç bir əsas yoxdur. Cənab Prezident onların təhlükəsizlik təminatı, təhsil, mədəniyyət, din, bələdiyyə və sair hüquqlarının təmin edilməsi ilə bağlı özü şəxsən zəmanət verir. Dövlət başçısının zəmanətindən daha yüksək nə ola bilər?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya