
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
17:55 18.12.2024
Siyasət
440
Ermənistan öz yurisdiksiyasından kənarda hər hansı nəqliyyat kommunikasiyasına icazə verməkdən imtina edir
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, heç bir Zəngəzur dəhlizi olmayacaq: "Biz artıq dəfələrlə təkrar etmişik ki, bu olmayacaq (Zəngəzur dəhlizini nəzərdə tutur - red.)", - deyə jurnalistlərə açıqlama verən Qriqoryan vurğulayıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Sultan Zahidov bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra dəhliz məsələsində dəyişməz mövqedədir:

"Qriqoryanın açıqlamasında heç bir yenilik yoxdur. Ermənistan öz yurisdiksiyasından kənarda hər hansı nəqliyyat kommunikasiyasına icazə verməkdən imtina edir. Əslində, bu mövqe üçtərəfli bəyanatın 9-cu maddəsini icra etməmək məqsədini daşıyır. Son dövrlərdə Azərbaycan Zəngəzur dəhlizi məsələsini əvvəlki qədər ön plana çıxarmır. Bunun əsas səbəbi Azərbaycanın prosesi sürətləndirmək və regionda sabitlik, təhlükəsizlik, həmçinin iqtisadi inkişafı təmin etmək istəyi ilə bağlıdır. Nəticədə, Zəngəzur dəhlizi məsələsi sonrakı mərhələlərin müzakirələrinə saxlanılıb. Hazırda əsas diqqət sülh prosesinin sürətləndirilməsinə yönəlib. Sülh prosesinə mane olan bir sıra əngəllər var. Əsasən iki maddə üzrə razılıq əldə olunmayıb. Bu gün ölkə başçısı qeyd etdi ki, həmin maddələrdən biri Ermənistanın beynəlxalq məhkəmə iddialarından imtina etməsi, digəri isə Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəflərin müdaxiləsinin olmamasıdır. Bu məsələlərlə bağlı hələ də yekun razılaşma əldə edilməyib. Ermənistanın militarizm və revanşizm siyasəti də sülh prosesini çətinləşdirən amillərdən biridir. Buna misal olaraq Ermənistanın hərbiləşdirilməsi və bu prosesdə Fransanın verdiyi dəstək göstərilə bilər. Əlavə olaraq Ermənistan Konstitusiyasının preambulası və digər müvafiq sənədlərində Azərbaycana qarşı ərazi iddiaları açıq şəkildə ifadə olunub".
Ekspert əlavə edib ki, bu səbəblərdən Zəngəzur dəhlizi məsələsini indi müzakirəyə daxil etmək prosesin daha da uzanmasına gətirib çıxara bilər:
" Azərbaycan isə hazırkı mərhələdə sülh prosesinin qısa müddətdə tamamlanmasına və digər nəqliyyat kommunikasiyası layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin növbəti mərhələdə müzakirəsinə üstünlük verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol