Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm də Türk dünyası üçün önəmlidir -ŞƏRH
08:57 19.12.2024
Aktual
699
Azərbaycanın 30 ildən çox davam edən işğalı sonlandırması ilə Cənubi Qafqazda yeni səhifə açılıb. Bunu TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarova isə birgə mətbuat konfransında deyib. TBMM sədri bildirib ki, Türkiyə Cənubi Qafqazda ədalətli sülhün təmin edilməsini istəyir. O qeyd edib ki, Türkiyə Qafqazda ədalətli sülhün təsis edilməsini, bölgədən kənar ölkələrin müdaxiləsi olmadan normallaşma prosesinin təmin edilməsini arzu edir. O, Qarabağda bərpa proseslərinin davam etdiyini qeyd edərək, Zəngəzur dəhlizinin önəmini vurğulayıb. Həmçinin qeyd edib ki, buranın da əməkdaşlıq və təhlükəsizlik dəhlizi olaraq sadəcə bölgə ölkələrinin deyil, bölgədən kənarda qonşu ölkələrin, hətta dünya ticarətinin önəmli keçid nöqtəsi olan Zəngəzur dəhlizinin açılmasını arzu edirik. Bu xüsusda Azərbaycana dəstək verməyi davam etdiririk. Zəngəzur dəhlizinin açılması sadəcə Azərbaycanla Türkiyənin deyil, bütün bölgə ölkələrinin maraqlarının təminatı üçün şərtdir. Zəngəzur dəhlizinin sülh dəhlizi olaraq açılmasını arzu edirik.
Politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş tarixi zəfər ilə regionda yeni reallıqlar yaradıb:
“Bu reallıqlar sadəcə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə məhdudlaşmır, həmçinin regional qüvvələr balansının birmənalı şəkildə Azərbaycan və Türkiyənin xeyrinə dəyişdiyini də bariz şəkildə ifadə edir. Türkiyə Azərbaycan-Ermənistan sülh danışıqları kontekstində əldə olunmuş razılıqların qısa müddətdə tam razılaşdırılmış sülh müqaviləsinin imzalanması ilə nəticələnməsi üçün səylərini əsirgəmir. Eləcə də, kommunikasiya xətlərinin bərpa olunması istiqamətində danışıqlar davam etdirilir. Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm də bütövlükdə Türk dünyası üçün kifayət qədər önəmlidir. Həmçinin Zəngəzur dəhlizinin açılması üçtərəfli bəyanatın 9-cu bəndinin tələbidir. Bu dəhliz mühüm strateji əhəmiyyətə malik olmaqla yanaşı regional əməkdaşlıq və iqtisadi əlaqələrin inkişaf dinamikasına da mütləq şəkildə təsir etmək potensialına sahibdir. Eyni zamanda orta dəhliz vasitəsilə Çindən Avropaya qədər uzanan xətt üzərində mühüm tranzit imkanı yaratmış olur. Belə olan halda, Zəngəzur dəhlizinin nəqliyyat-logistika istiqamətində önəmi daha da artmış olur”.
Xanım politoloq vurğulayıb ki, kommunikasiya xətlərinin açılması Ermənistan üçün də kifayət qədər vacib nəticələri özündə ehtiva edir:
“İlkin olaraq onu qeyd etmək lazımdır ki, bu dəhliz olmadan da Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyəyə və Avropaya çıxışı mövcuddur. Eyni zamanda, İran ərazisindən keçməklə alternativ yolun açılması ilə bağlı da razılıq əldə olunub. Amma Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməkdən yayındığı müddətcə, nə Azərbaycan, nə Türkiyə ilə bu istiqamətdə heç bir əməkdaşlıq imkanına sahib ola bilməyəcək. Ona görə də, indiki məqamda dəhlizin açılması Ermənistan üçün daha vacib xarakter daşıyır. Zəngəzur dəhlizi həmçinin regionda davamlı süıhün və əməkdaşlığın simvolu ola bilər ki, bu da onun strateji önəmini daha da artırmış olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol