
Prezidentin bəyanatlarını Fransanın qlobal səhnədə tənəzzülü kontekstində görməliyik -ANALİZ
09:29 19.12.2024
Siyasət
500
Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. O bildirib ki, prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.
Siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a söyləyib ki, Fransa Emmanuel Makronun uğursuz siyasəti nəticəsində dünya səhnəsində gücünü itirir:

“Parisin iddialı təsir rıçaqlarının azalmasında Azərbaycanın da mövqeyi və oynadığı rol danılmazdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bunu diplomatik-siyasi leksikonla qeyd edir. Bu mənada Prezident İlham Əliyevin bəyanatlarını Fransanın qlobal səhnədə və regional tabloda tənəzzülü kontekstində görməliyik. Bakı çalışır ki, Parisin Cənubi Qafqazın dizaynında, təhlükəsizlik konfiqurasiyasında ambisiyalı formada yeri olmasın. Cənab İlham Əliyev Fransaya əslində konstruktiv əməkdaşlıq və qaşılıqlı hörmətə əsaslanan münasibətlər sistemi təklif edir. Parisin bundan imtina edib Ermənistana hərbi-siyasi dəstək göstərəcəyi təqdirdə isə o, Azərbaycanın liderliyi ilə formalaşan regional quruluşlardan və formatlardan kənarda qalacaq. Digər tərəfdən Fransanın nüfuz itkisi təkcə Afrika ilə məhdudlaşmır, ümumilikdə o, elə NATO-nun özündə də etibar edilməyən faktiki status qazanıb.
Beləliklə, Azərbaycan NATO ilə əməkdaşlığı dərinləşdirərkən və Cənubi Qafqazın təhlükəsizlik siyasətində dominant mövqedən çıxış edərkən Fransanın xarici siyasət doktrinası daha da parçalanır və o, uğursuzluq uçurumuna yuvarlanır.
Fransa əslində Cənubi Qafqazda fəallıq iddialarını göstərməklə qlobal arenadakı proseslərə bu region üzərindən dərindən qarışmağa çalışır. Ancaq onun mövqeyi regional eskalasiyaya yönəldiyindən Azərbaycan strateji müttəfiqi Türkiyə və müxtəlif tərəfdaşları ilə Parisin məxfi gündəliyini aşındırmağa nail olur”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol