
Təhsil eksperti: “Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir”
13:40 24.07.2025
Elm və Təhsil
350
Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.
Bu barədə MÜTDA-dan məlumat verilib.
24 iyul 2025-ci il saat 11:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.
Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirdi ki, ümumi təhsil müəssisələrində rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbuluna sərbəst seçim imkanı verildi:

“Burada həm məktəb, həm də müəllim seçimi sərbəst formada aparılır. Əvvəl prioritet nəzərdə tutulmuşdusa, artıq sərbəst seçimə qərar verildi. Əlbəttə, bu zaman yəqin ki, valideynlər seçim prosesində məktəblərin daha yüksək təhsil göstəricilərini nəzərə alacaqlar. Yaxud da hansısa bir məktəbdə, hansısa müəllimin ümumi təhsil göstəriciləri yüksək olduğunu nəzərə alıb məhz seçim aparacaqlar. Amma ümumilikdə, mən rus bölməsinin mövcudluğuna qarşıyam. Yaxşı olar ki, vətəndaşlar övladlarını Azərbaycan bölməsinə yönəltsinlər və burada təhsil alsınlar. Çünki gələcək baxımından rus bölməsində nəticələr və təhsil göstəriciləri bir o qədər də yüksək deyil. Bu baxımdan ali təhsil müəssisələrinə qəbul zamanında daha aşağı göstəriciləri qeydə alınır. Ona görə valideynlər bu amilləri nəzərə alıb seçim aparsalar məqsədəuyğun, olar. Bəhs xatirinə, hansısa real təsir fikirlərə məruz qalmaq, düşünürəm ki, doğru deyil. Həmçinin məsafə baxımından daha yaxın ərazidə olan məktəblərə üstünlük vermələri məsləhətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya