
Təhsil sahəsində ictimai dinləmələr faydalı olacaq - AKTUAL
03:31 17.07.2025
Elm və Təhsil
521
Elçin Süleymanov: “Problemlər susdurulmaqla yox, izah edilməklə həll olunmalıdır”
Dövlət İmtahan Mərkəzi yeni tədris ilindən etibarən ictimaiyyət üçün açıq müzakirələrə başlayacaq. DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, mərkəz elmi statistik təhlilləri qaydalı şəkildə həmişə açıqlayır: "Yeni islahatlar üçün həmişə təhlillər olmalıdır. Ona görə də statistikaları həmişə açıqlayırıq ki, ictimaiyyət məlumatlı olsun. Odur ki, hər ay ictimaiyyəti maraqlandıran mövzuları seçib ayda bir gün ictimai müzakirələr aparacağıq. Sentyabrdan belə ictimai müzakirələr başlayacaq və hər ay mövzular fərqli olacaq".

Təhsil eksperti Elçin Süleymanov “Şərq”ə açıqlamasında qeyd etdi ki, ictimai müzakirələrin aparılması təhsil sahəsindəki problemlərin, pedaqoji kollektivləri, tələbə-şagird kontingentini, həmçinin valideynləri narahat edən məsələlərin işıqlandırılması və həll yollarının tapılması üçün çox faydalıdır:
- DİM-in öz fəaliyyəti ilə əlaqədar ictimai dinləmələr təşkil etməsi, müzakirələr aparması, düşünürəm ki, əhəmiyyətli olar. Burada maraqlı tərəflər – həm imtahana hazırlaşanlar, həm pedaqoqlar, həm jurtnalistlərlə dialoq imkanı yaranacaq. Çünki bəzən məhz dialoq əskikliyindən problemlər ortaya çıxır. DİM kifayət qədər şəffaf qurumdur, illərdir öz fəaliyyətini şəffaf şəkildə aparır. Öz işini peşəkarcasına yerinə yetirir. Amma yenə də müəyyən nüanslar ortaya çıxır ki, bunlar mediada, sosial şəbəkələrdə bəzən mahiyyətindən kənarlaşaraq işıqlandırılır. Ona görə də ekspertlərlə, təhsil sahəsində çalışanlarla, valideynlərlə birgə bu cür ictimai dinləmələrin aparılması faydalı olacaq. Buraxılış, qəbul və ya sertifikasiya kimi kütləvi tədbirlərdə narazılıqlar həmişə olur, bu, təbii və gözləniləndir. Sistemdən, topladığı ballardan, test tapşırıqlarından narazılıq edirlər. Bəli, bəzən sualların tərtibində səhvlər ola bilir, nəticə etibarilə insan amili var, səhv də ola bilər, qüsur da, imtahanların gedişində müəyyən xətalar da. Amma bu, ümumi sistemin xətası kimi təqdim edilməməlidir. İctimaiyyətə prosesi düzgün, hərtərəfli izah etmək lazımdır. Prosesi açıqlamaq, xətanın səbəbini göstərmək xüsusilə mediada xəbərlərin keyfiyyətli olmasına, yanlış yanaşmanın aradan qalxmasına, ictimaiyyətin dolğun məlumatlandırılmasına gətirib çıxarar.
Ekspert qeyd etdi ki, sosial şəbəkələrdə vətəndaşlar problemləri aktiv şəkildə müzakirə edir, rəy bildirirlər. Yaxşı olar ki, müzakirə olunacaq mövzular üçün sosial şəbəkələrə diqqət edilsin. Çünki hazırda əhalinin böyük əksəriyyəti fikrini, qarşılaşdığı problemi sosial şəbəkədə işıqlandırır. Sosial şəbəkələr günün mənzərəsini əks etdirən platformadır. O cümlədən də təlim-tədris, imtahanlar, sertifikasiya, ümumiyyətlə, təhsil sahəsi ilə bağlı son zamanlar sosial şəbəkə istifadəçiləri fəallıq nümayiş etdirir. Aidiyyəti qurumlarla əlaqə yarada bilməyənlər sözünü, narazılığını sosial şəbəkə vasitəsilə çatdırmağa çalışır. Bu mənada sosial şəbəkələr gündəmin problemini müəyyən etmək üçün yolgöstərən rolunu oynaya bilər. İctimai müzakirəyə çıxarılacaq mövzular daha çox məhz vətəndaşlar vasitəsilə müəyyənləşməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət