Şou proqramlar artıq təhlükə doğuran mənzərəyə çevrilib - Baş redaktor
Yusif Nəzərli
23:06 14.05.2025
Gündəm
528
Heç bir mahiyyəti olmayan, bəzi hallarda əxlaqsızlığı təbliğ edən söhbətlər, səviyyəsiz zarafatlar efirləri zəbt edib
"Bu gün televiziya kanallarımızda yayımlanan bir çox şou proqramlar artıq əyləncə anlayışından uzaqlaşıb, təhlükə və təəssüf doğuran mənzərəyə çevrilib".
Bunu "editor.az" xəbər portalının baş redaktoru Fərid Şahbazlı deyib. Jurnalist bildirib ki, heç bir mahiyyəti olmayan, bəzi hallarda əxlaqsızlığı təbliğ edən söhbətlər, səviyyəsiz zarafatlar, süni qalmaqallar və məqsədsiz qonaqlar efirləri zəbt edib: "Cəmiyyətin mənəvi toxuması bu tip verilişlərlə sarsılır. Xüsusilə də gənclər üçün nümunə rolunu oynayacaq dəyərli simaların yoxluğunda, ekranda “tanınmaq üçün hər şeyə hazır” şəxslərin təqdim olunması gələcək nəsillər üçün təhlükəli tendensiyadır. Gözəllik, intellekt, sənət və əxlaq kimi anlayışlar bu zövqsüzlük içində itib-batır".
F.Şahbazlının fikrincə, televiziya maarifləndirməli, zövq tərbiyə etməli, ictimai məsuliyyət daşımalıdır:
"Təəssüf ki, bu ali vəzifə yerini reytinq naminə istənilən vasitəyə əl atmağa verib. Əlində müəyyən qədər maliyyə imkanı olan istənilən şəxs efirə çıxarılır, məzmunsuz davranışlar təbliğ edilir, cəmiyyətin zövqü ilə eksperiment aparılır. Unutmayaq ki, efir təsadüfi insanların oyuncağı deyil. O, məsuliyyət tələb edən bir məkan, dəyər daşıyıcısı və cəmiyyətin güzgüsüdür. Həmin güzgüdə əks olunan mənzərəni dəyişmək isə həm televiziya rəhbərlərinin, həm də tamaşaçının borcudur. Səviyyə tələb etmək isə tamaşaçının haqqıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya